Funny Games

2007

ABŞ

Cinayət, Dram, Psixoloji, Triller,

Rejisor: Michael Haneke

Ər, arvadı və kiçik oğlanları ailəlikcə istirahətə, bağ evlərinə köçürlər. Bu xöşbəxt ailə ağıllarına da gətirə bilməz ki, onları nələr gözləyir həmin bağda.

İki nəfər gəlir ailəyə və yumurta istəyirlər. Hər şey elə belecə başlayır. Çox nəzakətli danışığa və mədəni görünüşə malik bu iki gənc oğlan ailənin qəniminə çevrilirlər. Konkret istəkləri yoxdu ailədən. Elə ən pisi də budu. Onlar sadəcə oyun oynamaq istəyirlər.


Filmin rejissoru Maykl Henekedir. Kino dünyasında öz üslubu olan ən cəsarətli rejissorlardan biri sayılır. Bu filmi boyu Heneke tamaşaçı psixologiyası ilə sözün tam mənasında oynayır. Film boyu dialoqlar, hadisələr səni elə əsəbləşdirir ki, diski çıxardıb sındırmaq, online baxırsansa səhifəni X etmək istəyirsən. Təsadüfi deyil ki, hələ də bir çox ölkələrdə filmin nümayişinə qadağa qoyulub. Həddən artıq sadizmi təbliğ edən film sırf psixoloji triller üslubundadı. Hadisələr bir evdə cərəyan edir.

Aktyor heyəti də gözəldi. Naomi Vots, Tim Rot, Maykl Pitt sayılıb-seçilən aktyorlardan hesab olunurlar kino dünyasında.


Bir sözlə əsəbləriniz yerindədirsə… “ Hə, başlayaq ? “