Aşk Tesadüfleri Sever

2010

Dram,Romantik

Rejissor:Ömer Faruk Sorak

“Bazen ilk görüşde bilirsin,o insan senin kaderindir.Bazen bir ömür ararsın BULUNMAZ”

Çoxdandır Kinoklikə yazmırdım, amma bu səhər baxdığım film məni bu  film haqqında öz içimdəkiləri yazmağa vadar etdi. Deyə bilərəm ki,  bu günə qədər baxdığım romantik dram filmləri mənə bu qədər təsir etməmişdi və bu film qədər heç bir filmdə mənim gözlərim dolmamışdı. Həqiqətən də təsadüflər bəzən ağrılı olur.

1977-ci ilin bir sentyabr səhərində öz hamilə yoldaşı Nəriman xanımı maşını ilə xəstənaya çatdırmağa çalışan Yılmaz bəyin maşınına arxadan Ömər bəyin idarə etdiyi maşın toqquşur və bu qəza Ömər bəyin arxada əyləşən hamilə həyat yoldaşı İnci xanımın vaxtından əvvəl doğuşuna səbəb olur və bu avtomobil qəzası  2 körpə Özgür və Deniz bir gündə dunyaya gəlməsinə və oları bir yerə gətirən təsadüflərin başlanğıcına səbəb olur.


Ankarada kəçən uşaqlıq illərində yenə də təsadüflər onları izləyir. Bəzən Özgür avtobusa minən zaman Deniz avtobusdan düşür, bəzən parkda oynayan zaman Deniz parkda qaçır. Onlar bu illər ərzində çox az qarşılaşırlar. Təbii ki, bu yalnız uşaqlıq xatirələridir, lakin Deniz bunların hamısını öz gündəliyində qeyd etmişdir.

Təsadüf bu 2 insanı yalnız 25 il sonra İstanbulda qarşılaşdırır. Hər 2-si artıq böyüyüb Özgür peşakar fotoqraf və musiqiçi Deniz isə bir aktrisadır. Onlar bir-birilərindən ayıran 25 il ərzində yalnız şəffaf şüşələr olub. Sanki 25 il sora əsl məhəbbətlərini tapan bu 2  insan qarşılarında olan maneələri aşan zaman keçmişlərinə qayıdıb bu günləri yaradan hadisələri xatırlayırlar və  bütün dramatik hadisələr bundan sora başlayır.


Filmdəki musiqilər insanı bu dünyadan aparır və düşündürür. Filmin sonuna baxanda isə mən zarafatsız gözümün yaşın saxlaya bilmədim. Mən hələ belə sonluq görməmişəm. Deməli sevgi təkcə yanında olmaq deyil. Ürəkdən filmə baxsanız niyə belə dediyimi başa düşəcəksiniz. Mənə elə gəlir ki, filmə baxıb təsirlənməyən insan yalnız hissiz insan ola bilər. Onların gələcəklərini keçmişləri yazdı.Yazımı bir cümlə ilə sonlandırmaq istəyirəm”Var Olmak Tesadüf  Değilse, Aşk Tesadüf Ola Bilirmi?”


http://youtu.be/Qn4Bev3TtU0