Biutiful


2010
Fransa
Dram
Rejissor: Alejandro González Iñárritu
Ulduzlar: Javier Bardem, Maricel ÁlvarezHanaa Bouchaib

Alexandro Qomez İnarritunun rejissoru və ilk dəfə ssenaristi olduğu bir filmdi. Təkcə film demək azdı. Daha artıq bir şeydi. İnarritu gəlmiş-keçmiş ən güclü və öz üslubu olan rejissorlardan biri olduğundan mükafatsız qalan filmi olmayıb hələ ki. Bu filmdə isə İnarriti ilk dəfə özünü ssenarist kimi sınadı. 2010-cu ildə filmin təqdimatı Kann festivalında oldu və Xavier Bardem ” ən yaxşı aktyor ” nominasiyasında rəqib tanımadı. Film həmçinin Oskarda da ” ən yaxşı aktyor ” və ” ən yaxşı əcnəbi film ” nominant kimi təqdim olunsa da, mükafat qazanmadı. BAFTA festivalında da ən yaxşı film laureatı qazanan film bu il Qızıl Qlobus mükafatına 5 nominasiyada namizəddi.

Film haqda nə demək olar ki… Xavier Bardemin ən yaxşı aktyorlardan biri olduğunu hamı bilir. Bu filmdə Bardem sözün əsl mənasında təkrərolunmaz obraz canlandırıb.

Hadisələr Katoloniyada cərəyan edir. İki uşaq atası, xanımı ağıldankəm olan baş qəhrəman qarışıq həyat sürür. Çin və afrikadan gəlib, şəhərdə qanunsuz alver, fabrikdə toxuculuqla məşğul olanlara pul qarşılığı, uşaqlıq dostu polis ofisseri vasitəsi ilə şərait yaradır. Ölülərlə əlaqəyə girmə vergisi olduğundan bundan da iş kimi istifadə edir. Amma ömrünün sonuna bir neçə ay qalmasını öyrənəndə hər şey daha da mürəkkəbləşir. Həyat uğrunda kəskin mübarizə, insanın psixoloji aqressiyası, irqlər arasındakı bağlılıq və uçurum, ailə anlamı, mərhəmət, xəyanət, reallığın ağırlığı filmin əsas sujet xəttidi.

Filmdə bir insanın görə biləcəyi və görmək istədiyi hər şey var. Bəxtigətərməyən baş qəhrəman bircə saat olsa belə rahatlıq arzulayır. Amma necə deyərlər ” gətirməyəndə, gətirmir “. Hara qaçsa da arzuladığı rahatlığı ona tapmağa nə əyləncə məkanları, nə fahişəliyinə göz yuman arvadı, nə ailə mübahisələri nəticəsi psixi pozğunluqda olan oğlu, nə də gözünə görünən imkan vermir. Öləcəyini bilən və mübarizəsiz ölümə təslim olmağa hazırlaşan bu insan yalnız uşaqlarından nigarandı…

Filmdə olan hadisələr reallıqla bir başa əlaqəlidi. Hətta aktyor həyətinin böyük hissəsi adi insanlardı.

İnarriti bu filmi haqda : ” 2008-də start verdik çəkilişlərə. Amma Bardem çəkiliş zamanı qrijasından əməliyyat olundu və çəkilişlərə ara verdik. Bu mənim ilk kino ssenarimdi. İqe obrazını canlandıran afrika mühaciri Daff-ın real həyatı ilə filmdəki rolu demək olar ki fərqlənmir. Bacardıqca gördüklərimi olduğu kimi təqdim etdim bu filmdə. Bilirəm bir az ağır filmdi, amma hər gün görüb, tanımadığımız insan taleyləridi… “

P.S. Film niyə Beautiful yox məhz Biutiful adlanır ? Bunu baxanda biləcəksiz…