Antichrist

ANTİXRİST

2009
Danimarka
Dram, Fantastik,
Rejissor: Lars Fon Trier

“Xaos dünyanı idarə edir.” Bu sözləri tülkü deyir. Daha doğrusu Trier. Müasir dünyanın siyasi-iqtisadi vəziyyətinə baxanda Trieri anlamaq olar.

Lars Fon Trier danimarkalı kinorejissor.”Doqvill” , “Dalğaları yararkən” , “Qaranlıqda Rəqs Edən” , “ Avropa” kimi şedevr filmlərin rejissoru. Amma Trier “Antixrist”lə Bütün filmlərini ötüb keçdi.Üstəgəl Trier “Doqma95”ə xəyanət elədi. Bu xəyanət gözəl xəyanət idi, çünki “Antixrist” yarandı.

2009-cu il Kann kino festivalında bütün tamaşaçılar (əsasən qadınlar) Trieri qınamışdı. Deyilənə görə Kannda filmə baxan tamaşaçıların dördünün ürəyi elə zaldaca gedib. Pornoqrafik, mazoxist, sadomazoxist səhnələr olan filmə ürəyi zəif insanlar baxa bilməz.

”Antixrist” isə bu səhnələrlə doludur. Bəlkədə bunun nəticəsidir ki,”Antixrist” Kannda antimükəfata layiq görüldü. Digər səbəblərdən biri də filmin  antifeminist ideyalar üzərində qurulmasıdır. Sual: Bəs niyə baş rolu ifa edən qadın Şarlotta Qinsburq Kann mükəfatını qazandı??? Qadınları anlamaq mümkün deyil, elə ona görə də Mel Gibsonun verdiyi sual məni maraqlandırır :”Qadınlar nə istəyirlər? “ …

Hansısa sorğuda Trieri bəyənməyən insanların əsasən qadınlar və aktyorlar olduğu üzə çıxıb. Maraqlıdır. Filmdə “qadınlar təbiətən hirsli olurlar” ideyası var.

“Antixrist”in əsas ideyası Dünyanın mərhəmətli tanrı tərəfindən deyil, şeytan tərəfindən yaradılması ideyasıdır.

“Antixrist”də Trier həmdə Nitşedən bəhrələnib. Deyilənə görə tələbəlik illərində Trierə “Erik Nitşe” ləqəbi veriblər.

Filmin baş rollarını Uillyem Defo və Şarlotta Qinsburq paylaşıb. Defo bundan öncə Trierin “Manderley” filmində rol alıb. Qinsburqun isə Trierlə ilk işidir. Əslində isə Qinsburqdan öncə rol Eva Qrinə təklif olunmuşdu, ancaq o razılaşmamışdı.

Trier depressiyada olduğu üçün filmin çəkilişi iki il gecikdirilib.

Rejissor Con Uoters “Antixrist” haqda bu fikirləri deyib: “Əgər Berqman intihar edib cəhənnəmə düşsə və yenidən film çəkmək üçün dünyaya qayıtsaydı, o, ”Antixrist”i çəkərdi.

Kannda alıcılar filmin iki versiyasını alıb:”Katolik” və “Protestant”. Çünki bu versiyalarda pornoqrafik kadrlar montaj olunmuşdu.

Filmin operatoru Entoni Dod Mentldır. Bu operator işinə görə Mentl “Avropa Kino Akademiyası” mükəfatına layiq görülüb. Bu mükəfata həmdə “Xarabalıq Milyonçusu” filmidə layiq görülüb ki, onun da operatoru Entoni Dod Mentldır.

Filmdə işlədilən ən anlamlı cümlələr isə bunlardır : “Xaos dünyanı idarə edir” , “Ağlayan qadın manupulyatordur”, “Təbiət Şeytanın Kilsəsidir”

Bu ilki Kann festivalına Trier “Melanxolia” adlı yeni filmi ilə qatılacaq. Bu film bir növ “Antixrist”in davamıdır.

“ANTİXRİST”  ANDREY TARKOVSKİYƏ HƏSR OLUNUB.

P.S 18 yaşından yuxarı şəxslərin baxması məsləhətdir, amma…