Av Mevsimi

2010
Türkiyə
Rejissor- Yavuz Turqul

Cinayət, dram, gərgin

İMDB xalı-7.5/10

“Cinayet yerin bütün toprağıyla örtülse yine kendini belli eder…” Şekspirin bu cümləsini doğruldan film bir cinayət hadisəsinin üstündə qurulub.16 yaşlı qıza aid kəsilmiş bir qol tapılır. Hər şey bundan sonra başlayır . Təcrübəsi, 6-cı hissi və məharətli təqibçi olduğuna görə “ovçu” ləqəbini almış Ferman (Şener Şen) və bircə baxışı ilə ləqəbini doğruldan”Dəli” İdris (Cem Yılmaz) Cinayət şöbəsində işləyən iki polisdi. Antropologiya məzunu sakit təbiətli Hasan (Okan Yalabık) isə bu cütlüyə yeni qatılmış bir “çömez”dir. ( Bu Hasan antropologiyanın nə olduğunu İdrisə çox maraqlı yolla başa salır=)) Cinayət hadisəsini araşdırmaq da onların boynuna düşür.

Ovçu Fermanın maraqlı sözü var idi. “ bir olaya bir noktadan bakıp çözemiyorsanız bakış açınızı değişeceksiniz.” Doğrudan da düyünün açılmasında bu “bakış açısının değişmesi” əsas rolu oynadı.

Bir söz var. “Həyata dair”. Bu film elələrindəndi. İlk dəqiqədən sona qədər insanı maraqda saxlayan filmdir. Qeyd edim ki, mən qatilin kim olduğunu, cinayətin nə üçün törədildiyini 82-ci dəqiqədə başa düşdüm.

Filmdə möhtəşəm aktyor heyəti var. Cem Yılmazı ilk dəfə idi ciddi (dəli desək, daha doğru olar ) bir rolda görürdüm. Amma yaxşı öhdəsindən gəlib.Battal rolundakı Çetin Tekindor isə mənim üçün bir nömrəli türk aktyorlarından biridi. Filmdəki musiqilər, meşə səhnələri çox uğurlu alınıb. Başlıqda və sonda qətlə yetirilmiş qızın monoloqu, həmin an səslənən musiqi və görüntü çox təsirli alınıb. Mənə ən çox təsir edən səhnələrdən biri də Fermanın xərçəng xəstəsi arvadının “Ben Gittikden Sonra” başlığı altında dəftərinə yazdıqları idi :(

Film iki “ovçu”nun mübarizəsindən bəhs edir əslində.

” Dünyanın düzeni budur. Ya sen indirirsin, ya seni indirirler. Seç birini. Av mı olacaksın, avcı mı?”

Bu “ovçu”ların kim olduğunu və sonda kimin qalib gəldiyini deməyim. Çünki filmi izləməyinizi şiddətlə tövsiyyə edirəm. =) Baxın, özünüz görün.

Sonda qətlə yetirilmiş qızın monoloqu var idi. Çox bəyəndim onu.Sizlərlə paylaşıram. ( 16 yaşında qız, adı da Pamuk. Səsindən də, yaşından da, adından da məsumluq yağır :( )

Av mevsimi bitti…Söz bitti…Şarkılar bitti…Ne güz kaldı, ne bahar…Güneş doğmayacak artık üstümüze…Yıldızlar göz kırpmayacak …Rüzgar esmeyecek…Kar yağmayacak…Denizin kokusunu duymayacağız…Yağmur tenimize değmeyecek… Ne güvercin taklası, ne zeytin tanesi, ne incirin tadı, ne karanfilin kırmızısı…İyilik de bitti, kötülük de… Aşk da bitti, nefret de… Ne güzellik kaldı, ne çirkinlik … Eza da bitti, cefa da…. Yaramız artık kanamıyor…Ciğerimiz dağlanmıyor… Biz beyazlara büründük… Biz gölgesiz kaldık…