İlahi Məxluq

2011,
Azərbaycan,
Dram,
Rejissor və Ssenari müəllifi: Yavər Rzayev,
Filmin bəstəkarı: Siyavuş Kərimi,
Quruluşçu rəssam: Rafiq Nəsirov,
Rollarda: Nurəddin Mehdixanlı, Vəfa Zeynalova, Münəvvər Əliyeva, Corc Qafarov və başqaları..


Dünən, 19 aprel, Azərbaycan kinoteatrında “Bizim kino” Prodüser Mərkəzi və “Yaddaş” sənədli filmlər studiyasının birgə istehsalı olan “İlahi Məxluq” bədii filminin premyerasında oldum.

Film çox xoşuma gəldi, çox keyfiyyətli, çox gözəl çəkilib. Dağ həyatından, təbiətdən, ucqarlarda yaşayan insanların həyatından bəhs edən müxtəlif bölümlərdən ibarət sərbəst süjet xətti olan, ötən əsrin milli rənglərini özündə əks etdirən gözəl kino idi.

Çətin, soyuq təbiət şəraitində film çəkmək, üstəlik heyvan, canavar səhnələrini hazırlamaq görünür böyük əmək tələb edib. Başda rejissor Yavər Rzayev olmaqla bütün komandanın işi, ümumilikdə kino tərifə layiqdi.

Filmin hər kadrı rəsm əsərinə bənzəyir. Təbiət mənzərələri, yaxın çəkilişlər, təsvirlər, filmin səsi və kinodakı digər xırda elementlər hamısı xoşuma gəldi.

Filmin subtirerləri isə yaxşı tərcümə olunmuşdu, amma bəzən görüntü ilə üst-üstə düşmür, hərdən ləngiyirdi.

Oxuculara isə məsləhətim budur ki, ilk fürsətdə filmin DVD-sini alıb izləyin.

Narazı qaldığım bir məsələ var ki, internetdə nə filmin afişasını, nə filmdən şəkilləri, nə də filmin treylerini yerləşdirməyiblər. Sosial şəbəkədə də filmin rəsmi səhifəsi yox idi. Məsləhət yox, xahişim budur ki, filmin reklamı ilə məşğul olanlar bu kimi yeni nəsil informasiya vasitələrinə də diqqət yetirsinlər.

Qeyd: Postda istifadə etdiyim şəkil filmdə sözügedən Veneranın şəklidir.