Dogme-95

“Dogme 95” 1995-ci ildə danimarkalı rejissorlar Lars fon Triyer və Tomas Vinterberq tərəfindən əsası qoyulmuş avanqard kino çəkilişi cərəyanıdır.

Danimarka      dilindən “dogme” doqma kimi tərcümə olunur. Doqma kollektivinin əsas məqsədi kinomatoqrafiyanı bahalı, xüsusi effektlərdən xilas edərək saflaşdırmaq və əsas diqqətin ssenari, aktyorların performansı üzərində cəmləşməsini təmin etməkdən ibarət idi. 1995-ci ilin martında Lars fon Triyer də başda olmaqla dörd danimarkalı rejissor Hollivud kinomatoqrafiya ənənələrinə qarşı çıxan və müassir kinonun “müəyyən tendensiyaları”ndan imtina edən “Doqma 95” manifestini hazırlayır. Bu manifestdə rejissorların film çəkilişi zamanı riayət etməli olduqları on şərt qeyd edilir.

1.Çəkilişlər studiodan kənarda aparılmalıdır. Rekvizit və dekorasiyadan istifadə etmək olmaz. (Əgər film üçün xüsusi rekvizit lazımdırsa çəkilişlər rekvizitin olduğu yerdə aparılmalıdır.)

2. Səs heç vaxt təsvirdən ayrı yazılmamalıdır və yaxud da əksinə (Əgər çəkilən səhnədə real olaraq musiqi səslənmirsə, filmdə də musiqidən istifadə olunmamalıdır).

3. Çəkilişlər əl kamerası ilə aparılmalıdır. İstənilən hərəkət və hərəkətsizlik yalnız insan əlinin imkanları ilə diqtə edilməlidir (film kamera qurulan yerdə çəkilə bilməz, çəkilişlər hadisələrin baş verdiyi yerdə aparılmalıdır).
4. Film rəngli olmalıdır. Xüsusi işıqlandırmaya icazə verilmir (əgər çəkilişlər üçün işıq azlıq edirsə, kameraya bir lampa əlavə edilə bilər, əks halda, səhnə ixtisar edilməlidir).

5. Optik effektlər və filtrlər qadağandır.

6. Film reallıqda baş verən hadisələrdən ibarət olmamalıdır (qətl, atışma və bu tip hadisələr filmin tərkib hissəsi ola bilməz).

7. Başqa epoxa və ölkədə baş verən süjetlər qadağandır (hadisələr burada və indi baş verməlidir).

8.Janrlı kino qadağandır.

9 .Filmin formatı 35 mm olmalıdır.

10.Titrlərdə rejissorun adı qeyd edilməməlidir.

Bunlardan əlavə, “Doqmaçı” rejissorlar şəxsi zövqlərindən imtina etməyə, bir müəllif kimi “əsər” yaratmayacaqlarına and içirlər: “Mənim ali məqsədim personajlarımdan və çəkilişlərdən həqiqəti əldə etməkdir. Mən hətta yaxşı zövq və estetik baxışlar hesabına olsa da, həmişə bu qaydaya sadiq qalacağıma and içirəm”.

Lakin bütün bu qaydalar və şərtlər ilk “doqma” filminçəkilişi zamanı pozulmuşdu. Vinterberq etiraf edir ki, “The Celebration” filmindəki bir səhnə çəkilişi zamanı rekvizit və xüsusi işıqlandırmadan istifadə edib. Fon Triyer isə “İdiotlar” filmində fon musiqisindən istifadə edir.

Kinodakı bir çox üsullardan imtina edən “doqmaçılar” peşəkar aktyorlardan istifadə və dubl etmək hüququnu saxlayırlar. Son məhsul ideal variantda həvəskar çəkilişlər və teatr tamaşası arasında orta bir hədd kimi görünməlidir. “Doqma” yüksək texnologiyadan uzaqlaşaraq şablonları sındırmaq və tamaşaçını real həyata yönəltmək məqsədi güdür. “Doqmaçı” rejissorlar dünya kino aləmində 3 ildən sonra Kann festivalına apardıqları filmləri ilə tanınırlar. Tomas Vinterberqin “Şənlik” və Fon Triyerin “İdiotlar” filmləri elə müəlliflərin güman etdikləri kimi, birmənalı qarşılanmadı. Tənqidçilərdə müxtəlif reaksiyalar doğuran filmlər münsiflər heyətinin xüsusi mükfatından başqa heç nəyə layiq görülmədi.
1998-ci ildə keçirilən Berlin festivalında “Doqma”nın üçüncü filmi ekranlara çıxdı. Soren Kraqx-Yakobsenin “Mifunenin sonuncu nəğməsi” festivalın “Gümüş Ayı”mükafatını qazandı. Bununla da “Doqma” dünya kinotənqidçiləri və kinoşünaslarını diqqətlərini ona yönəltməyə vadar etdi.

Qeyd: Hələ ki, bu cərəyana daxil olmuş filmlərdən yalnız ikisinə baxmışam. “Dreamers” və “İdiots”. İkinci həddən artıq ağır kinodur və baxdıqdan sonra ilk reaksiyam bu oldu “nə manyak şey idi bu :S” . Amma bu cərəyana daxil olan bütün filmləri izləmək istəyirəm. Ondan sonra ümumi bir fikir söyləmək olar.