Just go with it

Just Go With it

ABŞ

(ABŞ premyerası 11 fevral, 2011

Azərbaycan premyerası 24 mart-06 aprel, 2011)

Komediya, Romantik

İMBD xalı- 6.2/10

Redaktor- Dennis Dugan

Baş rollarda- Adam Sandler, Jennifer Aniston, Jessica Andres

Türklərin filmə verdiyi tərcüməni bəyəndim ( Hayatım yalan) Tam mövzuya uyğundu.

Təəssüratımı ilk cümlədən deyirəm: Öldüm gülməkdən :D Əsl romantik komediyadı!

Deməli, Deny McGabi illər əvvəl başına gələn bir hadisədən sonra “ağıllanaraq” tam başqa adam olur: ixtisasını dəyişib kordiologiyadan plastik cərrahlığa keçir, gündə bir qızla vaxt keçirir, hamısını da eyni yalanla ələ alır: qızlara yalandan evli olduğunu deyir. İllər əvvəl ona dərs olan həmin o hadisədən sonra nişan üzüyününü atmır və alyansın “gücünü” kəşf edir :D Qız tutmaq!!! (Məncə nişan üzüyünün bu funksiyasını bilsəydilər evli kişilər üzüklərini heç vaxt barmaqlarından çıxarmazdılar :D )

Doktor Deninin yalan üstündə qurulmuş bu həyatı beləcə davam edir, ta ki, gənc, gözəl və cazibədar Palmerlə (Jessica Andres) tanış olana qədər. Deni onu çox sevir və evlənməyi düşünür, amma Palmer təsadüfən onun daşıdığı saxta nişan üzüyünü tapır və Deni ona da “evli” olduğunu yalan da olsa deməli olur. Ən maraqlı hadisələr də bundan sonra baş verir :)


Ketrin( Jennifer Aniston) isə Deninin həm assistanıdır, həm də çox yaxın dostu. Onun bütün sirrlərini bilir, əməllərini ört-basdır edir və s. Ketrin “gözəlliyini kəşf etməmiş”, 2 uşaqlı tək anadır. Denini Palmerə danışdığı yalan evlilik hekayəsində “rol oynamalı” olur və onun cazibədar, amma dərman içməkdən ağlını itirmiş, dəlisov “yoldaşı” kimi özünü göstərir. Rolunu da əla oynayır. Üstəlik, Ketrinin uşaqlarını da bu oyuna qatırlar və hər şey daha komik və maraqlı alınır :)

Ən gülməli və ən romantik hadisələr Havayidə baş verir. Ketrinin balaca oğlunun istəyi ilə Havayiyə istirahətə gedirlər. Burada Deni sanki mənəvi cəhətdən dəyişilir və loru dildə desək, “adam olmağa” başlayır :) Necə və niyə? Ona filmdə baxın.

Ketrinin kollec illərindən bəri nifrət etdiyi Devlinlə ( Nicole Kidman bu rolu əla oynayır) Havayidə rastlaşması və ondan sonrakı əhvalatlar sizi bol-bol güldürəcək. Sonluğu isə çoc romantikdir <3

Film haqqında daha çox danışmaq istəmirəm. Gülmək, istirahət etmək və beyninizi dincəltmək üçün əla filmdir, mütləq baxın! :)

Filmin treyler və maraqlı səhnələri: