HOME


“İyunun 5-də Hamımızın Planetimiz ilə görüşü var” şüarı ilə 2009-cu ildə, “Dünya Ətraf mühitin qorunması günündə” eyni vaxtda 90 ölkənin TV kanallarında, kinoteatrlarda və internetdə onlayn yayımlanan EV sənədli filmi.

Bu hamımızın izləməsi vacib olan filmdir. Evimiz, yaşadığımız planet haqda mühüm mesajları, xəbərdarlıqlar, indiyə kimi itirdiklərimiz, bizi yaxın gələcəkdə gözləyəcək real təhlükələr və öz pozitiv çıxış yolları ilə birlikdə təqdim olunur.

Film Yann Arthus-Bertrandın rejissorluğu ilə 88.000 işçisi olan PPR qrupun dəstəyi ilə 54 ölkənin 120 müxtəlif yerində, 500 saatlıq 733 video kasetdən yığılmış, 18 ayda 217 çəkiliş günündə ərsəyə gəlmişdir.

14 dilə tərcümə olunmuş bu film vizual cəhətdən olduqca keyfiyyətlidir. Baxdıqca indiyə kimi şahidi olmadığınız maraqlı görüntülər tapacağınıza əminəm.

Youtube.com-da filmin keyfiyyətli tam versiyası rəsmi şəkildə yerləşdirilib.

QEYD: faktları google-dan götürmüşəm.

Trailer