The Cider House Rules

1999,

ABŞ,

Dram,

Rejissor- Lasse Hallström

Rejissor Lasse Hallströma şöhrət gətirən bu film( Xatırladım ki, məşhur Şokolad filminin də rejissoru Lasse Hallströmdur) mənim ən sevdiyim filmlərdən biridir. Film John İrvingin eyniadlı əsəri əsasında çəkilmişdir.

Homer (Tobey Maguire) yetimxanada böyüyən və Doktor  Larchın ən sevdiyi yetim uşaqlardan biridir. Doktor Larch həm də gizli abortla məşğuldur. Lakin hər şey Candy (Charlize Theron) və onun sevgilisi Wally-nin Larchın yanına abort üçün gəlməsindən sonra dəyişir. Homer yetimxananı tərk edib onlarla getmək istədiyini bildirir. Homer Wallynin ailəsinin alma bağında işləməyə başlayır. Bu zaman  II Dünya Müharibəsi başlayır və Candy-nin sevgilisi doyüşlərə yollanır. Homerlə Candy arasında məhəbbət yaşanır, lakin nişanlısı şikəst olub müharibədən döndükdən sonra Candy Homerlə ayrılmalı olur. Bu zaman Homer Doktor Larchın ölüm xəbərini alır və yetimxanaya geri dönür. O, həm də öyrənir ki, müharibəyə getməməsi üçün Dr Larch onun sənədlərini saxtalaşdırıb xəstə oldugunu göstəribmiş. Həm də özündən sonra yetimxanaya Homerin təyin edilməsi üçün ona saxta diplom duzəldibmiş.

Film barədə bu qədər informasiya çox az olsa da , filmə olan marağı gücləndirmək üçün özüm çox qısa yazdım.