Step Up 3D
2010 ABŞ Dram, Melodram, Musiqili, Rəqs, Rejissor:Jon ChuBəziləri rəqs etməyi öyrənirlər, bəziləri isə bunun üçün doğulublar.
Rəqqaslar – rəqs onlar üçün nədir? Yaşamağa yerləri olmayan insanları bir istək, bir arzu, bir yaşam tərzi birləşdirib – Rəqs. Luke və dostları birlikdə həyat tərzlərini davam etdirmək üçün rəqs yarışında qalib olmalıdırlar. Yarışa qədər Natalie və Luis-lə tanış olan komanda bəzi dostlarının xəyanəti ilə də qarşılaşırlar…
Step up 3 filmi ən çox ifadə olunan fikir və duyğuları, çooox rəngarəngliyi, daha çox techno stilində olan rəqslər ilə xoşuma gəldi. Bir də Luis və rəfiqəsinin küçədə etdikləri çox əyləncəli və xoş rəqs . Bu filmdən də 2-ci filmdəki kimi çox pozitiv enerji almaq olur. Bir də bu film qəribə hissi aşılayır.”Dayanma, Hərəkət et arzuna dogru
”
Rəqs və musiqi – əsl həyat tərzi. Hər 3 filmdə rəqslər çox peşəkar şəkildə tamaşaçısına təqdim olunub. Dinlə, rəqs et və həzz al Bu arada filmlərə baxandan sonra soundtracklərini yükləməyi unutmayın. Hər 3 film ücün çox gözəl musiqi seçimləri edilib. Hələ də baxmamısınızsa mütləq baxın…
bu filimler azerbaycan dilinde niye olmur?
Televiziya kanallarında Azərbaycan dilində olur, online isə mümkün deyil hələ ki