True Grit

Əsl Şücaət

2010,
ABŞ,
Macəra, Dram, Western,
Filmin rejissorları: Ethan və Joel Coen qardaşları
Aktyor heyəti: Jeff bridges, Hailee Steinfeld, Matt Damon, Josh Brolin və başqaları,
IMDB 8.2/10, 10 Oskar Mükafatına namizəd,

Filmin Prodyuseri The Truman Show, There will be Blood, No Country for Old Men, The Social Network filmləri ilə tanınan Scott Rudin, köməkçi prodyuseri isə Steven Spielberg-dir.

Filmin mövzusu Meti Ros adlı yeniyetmə kənd qızının atasını öldürən muzdlu qatilin izinə düşməyindən bəhs edir. Məqsədinə çatmaqda ona LaBiuf və yaşlı Ruster Koqbörn kömək edəcək.. Hər ikisinin qızın yanında lovğalıqları, özlərini göstərməkləri kinoya duz qatırdı..

Yerli televiziya kanalları və xəbər saytlarında bu il 9 nominasiya üzrə oskar mükafatına namizəd olan bu filmin adını “Dəmir Güc” və nə qədər gülünc olsa da “Dəmir Tutum” kimi tərcümə ediblər. Həmişəki kimi birbaşa rus (Железная хватка) və ya türklərdən (İz Peşinde) kinonun adını götürmək əvəzinə filmə baxıb orijinal dildən tərcümə etsəydilər bizim dildə gözəl nəticə əldə etmək olardı. Məncə filmin adı “Əsl Şücaət” kimi tərcümə olunmalı idi. Çünki film, kovboy filmi olsa da qəhrəmanların fövqəltəbii güclərindən, məğlubedilməz cəhətlərindən, möhtəşəmliklərindən və “dəmir güc”lərindən bəhs etmir. Çünki burda Red Kit sayağı fantastik kovboy qabiliyyətləri göstərilmir.. bunun əvəzində isə baş rolu ifa edən qızın simasında gözəl təsvir olunmuş əsl şücaət var.

Axır vaxtlar baxdığım western sayağı kinolar ya fantastik olurdu ya da komediya, bu əsil mən deyən western filmi oldu. Finalda gözlənilməz nəticə, arzuolunmaz ölüm və “happy end” yoxdu, filmin finalı hadisələri böyük bir zaman kəsiyinin içinə salıb tarixə çevirir və tamaşaçını düşünməyə məcbur etmir, sadəcə sizi sizə bağışladığı təəssüratlarla baş-başa qoyur.

Baş rolu ifa edən qız kinoya xüsusi şirinlik qatdı, azyaşlı olsa da, kovboy filmlərinə xas qız obrazı olmasa da, Leon-dakı Matilda kimi tamaşaçının diqqətini öz üzərinə cəlb edə bildi.. Cəsur ürəyi, silahla rəftarı, bankirlə sövdələşməsi, uşaqsayağı yalanları mənə ləzzət elədi.. uşaq ki, uşaq)) Yeri gəlmişkən, bu qız ən yaxşı ikinci plan qadın roluna görə mənim ən sevimli namizədimdi.

Mənim fikrimcə bu günkü istirahət vaxtınızı bu kinoya baxmağa sərf etsəniz peşman olmazsınız.

Filmin bu ilki oskar mükafatına iddialı 12 nominasiyası:

Ən yaxşı kişi roluna görə

Jeff Bridges – “True Grit”

Ən yaxşı ikinci plan qadın roluna görə

Hailee Steinfeld “True Grit”

Quruluşçu rəssamın/dekoratorun ən yaxşı işinə görə

“True Grit”

Dizayn: Jess Gonchor; Set Decoration: Nancy Haigh

Operatorun ən yaxşı işinə görə

“True Grit” Roger Deakins

Ən yaxşı kostyumlar dizaynına görə

“True Grit” Mary Zophres

Ən yaxşı rejissorluğa görə

“True Grit” Joel Coen and Ethan Coen

Ən yaxşı bədii filmə görə

“True Grit” Scott Rudin, Ethan Coen and Joel Coen, Producers

Ən yaxşı səsə görə

“True Grit” Skip Lievsay and Craig Berkey

Ən yaxşı səs montajına görə

“True Grit” Skip Lievsay, Craig Berkey, Greg Orloff and Peter F. Kurland

Ən yaxşı ssenariya görə

“True Grit” Written for the screen by Joel Coen & Ethan Coen