I Spit On Your Grave

2010,

ABŞ,

Gərgin, Qorxu,

Steven R. Monroe-nin rejissorluğu ilə,

İMDB- 6,3 /10,

“Məzarınıza Tüpürəcəm”– film üçün ən yaxşı tərcümənin bu olduğuna inanıram.

Bu filmin afişasını 1 həftə əvvəl Azərbaycan kinotetrnın qarşısında  görmüşdüm. 3 Alman vətəndaşı diqqətlə bu filmin afişasına baxırdılar və film məndə maraq yaratdı. Filmi keyfiyyətli formada tapmaq bir az çətin idi, amma sağ olsun Gümüş))).

Film əvvəldən axıracan insanı gərginlikdə saxlayır və qanlı səhnələr çoxdur. Film  nyu- yorklu bir roman yazıçısı olan qadının əslində nə qədər mənəvi gücə malik olmasını göstərir. İntiqam hissi hətta sevgini belə üstələyir. Bir insanın daxilindəki o şeytanı üzə çıxarır bu film. Görəsən humanist və sakit həyat tərzi yaşayan Cenifer başına gələn hadisədən sonra hansı yollara əl atacaq və tək başına bu çıxılmaz vəziyyətdən, ağır depressiv stuasiyadan necə çıxacaq? Film tam olaraq insanlıq dramıdır.

Ən sevdiyim səhnə qızın qollarını açıb gölə tullandığı səhnə oldu )

Bu filmin ilkin versiyası 1978-ci ildə ərsəyə gətirilib. 2007-ci ildə həmin filmi “Time” qəzeti ən gülünc 10 dəhşət filmlərindən biri seçib.

Qeyd etmək istərdim ki, filmə 18 yaşından aşağı insanların baxmağı məsləhət deyil, çünki filmdə erotik səhnələrlə yanaşı çoxlu qeyri-ənənəvi ölüm səhnələri də mövcuddur.