Forrest Gump

1994,

ABŞ,

Dram, Romantik,

IMBD xalı – 8.6/10,

Rejissor- Robert Zemeckis,

Baş rollarda- Tom Hanks, Robin Wright və Gary Sinise,

Çoxdandı Forrest Gump”a baxmaq istəyirdim. Ya sürət imkan vermirdi ya da vaxtım olmurdu. Elə indicə baxib qurtardim (26 yanvar 2011 05:16) Dəhşət idi! Filmə bir söz deməyə haqqım yoxdur sadəcə mükəmməl! Baxarkən kefsiz idim, kinonun əvvəlində də Forrestin uğursuzluqları, başqaları tərəfindən incidilməsi, saymamazlıqları onsuz da aşağı olan əhvalımı biraz da korlayırdı.. ta ki, Forrestin ayağındakı dəmirlərdən qurtulub qaçdığı və o gündən sonra inanılmaz ugurlar qazandığını görənə qədər. Forrest dayanacaqda oturub orada avtobus gozləyən insanlara öz həyat hekayəsini danışdıqca- olduqca ayıdın, sadəlövh və dürüst- fikirləşirdim ki, bu insan heç də axmaq və düşünməyi bacarmayan biri deyil. Sadəcə çox sadəlövhdür və ürəyi təmizdir. Elə qazandığı hər uğur da “Ürəyinə görə verilən” bir hədiyyə idi ki, qarşısına çıxırdı. Doğrudan da həhyatda imkansız deyilən bir şey yoxdur. Sadəcə ürəkdən istəmək lazımdır! Əvvəl adicə düz yerişi bacarmayan, yarımağıl bir uşaq gələcəkdə müharibə veteranı ( Özüdə Vyetnam- böyük ürək ağrısı ilə haşiyəyə çıxıb bildirəm ki,Vyetnam müharibəsinə aid sənədli filmi bu yaxınlarda tərcümə etmişdim və bitmişdim!!! Filmlə Üst-üstə düşdü :) ) , idmançı, gəmi kapitanı, şirkət sahibi bir milyarder ola bilirsə deməli həyatda hər şey mümkündür! Forrest mən kapitan olacam cümləsini necə əminliklə deyirdisə Mən də deyirəm- Mən gələcəkdə Hollywudda ən məşhur aktrisa olacam :) Niyə olmasın ki? həyatda hər şey mümkündür :)

Forrest anasını sözlərini həmişə xatırlayırdı, ona hörmət edirdi, çox sevirdi. Mən də sevdim! Forrestin anası deyirdi ki, həyat bir qutu şokoladdır. Qarşına nəyin çıxacağı bəlli olmaz. Bu sözdən xoşum gəldi :)

Forrest sevməyi də bacarırdı. Ona baxanda deyirdim ki ayda belə adam olar?!…Uşaqlıqdan görüb sevdiyi Jenny- ni ömrünün sonunacan sevdi, həmişə onu xatırladı. Sevgisi və inamı Jennisini illər sonra ona qaytardı. Amma sonra…Sonunu danışmayım, özünüz baxın…

P.S Forrestin anası hər şeyi ona fərqli və maraqlı yolla başa salırdı . O sözlər xoşuma gəldi qeyd etmək istəyirəm:

“Tətil insanların gedib bir də qayıtmadığı yerdir”

“Həyat bir qutu şokoladdır qarşına nə çıxacağı bəlli olmaz”

“Axmaqlıq edən axmaqdır”

“Ölüm də həyatın bir hissəsidir”