Black Swan

Qara Qu Quşu,

20102011,

Dram, Gərgin, Sirrli, Psixoloji,

Darren Aronofsky-nin rejissorluğu ilə,

IMDB xalı: 8.9/10

Çoxdan gözlədiyim Darren Aranofsky-nin Black Swan filmini axır ki, izlədim. Requiem for a dream-dən sonra maraqlı görüntü və əsəs effektlərini, həmçinin dinamik ssenarini bu filmdən də gözləyirdim, həm də gözlədiyim müddət ərzində filmi beynimdə bir az da mükəmməlləşdirmişdim.

Filmə baxmazdan əvvəl mövzusu mənə qaranlıq qalsa da, bu filmi elə başlanğıcından maraqla izləyəcəyimi düşünürdüm, amma heç də fikirləşdiyim kimi olmadı, filmin ilk bir saatının hətta dram həvəskarlarına belə maraqsız gələcəyini fikirləşirəm.

Natalie Portman-ın ifası və simasındakı Matilda mimikası hələ də öz xüsusiyyətini itirməyib, amma səhnə yükünün böyük bir hissəsinin onun üzərinə düşməsi filmi bir qədər maraqsız edir.

Süjetin razvyazkasındakı bədii intim səhnəsində özünü göstərən lezbiyan sevişmə səhnəsi filmə xüsusi rəng qatsa da, qorxu səhnələri öz növbəsində həmin ehtirası kölgədə saxladı.

Böyük bir mesajının olmadığını fikirləşdiyim bu film klassik musiqi nümunəsi kimi elit sinfə mənsub tamaşaçıların zövqünü oxşaya biləcək üslubdadır. Yəqin mövzunun balet olmağındandır ki, film Amerika istehsalı olsa da, mənə fransız kinosu təəssüratı bağışladı.