Zodiac

2007,

Dram, Cinayət, Gərgin,

Rejissor: David Fincher,

David Fincher mənə görə rəssamdır və kinolarına baxanda monitor onun tablosuna çevrilir. İndiyə qədər bir çox kinosuna baxmışam – Shutter Island, Fight Club, The Social Network, Seven və s. Deyə bilərəm ki, hamısında rejissorun təkrarolunmaz tərzi özünü göstərir. Tünd-çirkli rənglər, qaranlıq işıq-kölgələr, yağış – hamısı kinonu daha canlı edir.

Bu günlərdə isə çoxdandı baxmağı istədiyim Zodiak kinosuna baxdım. Məni ən çox bu kinoya həvəsləndirən pərəstişkarlarının hamısının savadlı bildiyim insanlar olması idi. Kino adamı daim həyacanda saxlayır. Amma bu boş həyəcan deyil, nəzərə alsaq ki, filmin mövzusu real hadisələrə söykənir, ona görə də maraq ikiqat artır. Filmin sonunda isə faktların ayrı ləzzəti var.

Kinonun mövzusu 60-70-ci illərdə Amerikanı dəhşətə salan bir qatilin əməllərindən gedir və onu tutmağa çalışan insanlardan. Ümumiyyətlə bu obrazı Amerikanın “qara simvol”larından biri adlandırmaq olar. Baxdığım bir neçə kinoda da adı çəkilir.

Baş rolları məşhur aktyorlar: Jake Gyllenhaal, Mark Ruffalo, Robert Downey və s-ləri oynayır. Qadın rolları azdı, bir növ elə bir Fincher kişiləri yığıb başına və özünün növbəti şedevr əsərini yaradıb.. kinoya özümdə ikinci və hətta üçüncü dəfə baxmağa tələbat hiss edirəm. Və əminəm ki hər dəfəsində yeni nə isə kəşf edəcəm.

Zodiakın “Polislər məni tuta bilməz, çüki mən onlardan çox ağıllıyam” deməsi xoşuma gəldi, kinonun sonunda faktlarla tanış olanda bu söz daha da xoşuma gəldi, baxmayaraq ki, söhbət mənfi obrazdan gedir.