Green Mile

1999,

ABŞ,

Dram, Fantastik,

İMDB xalı- 8.4,

Rejissor- Frank Darabont

Stephen King-in eyniadlı romanı əsasında

Tom HanksMichael Clarke Duncan

“Paul Edgecomb möcüzələrə inanmırdı. Amma onunla qarşılaşdıqdan sonra hər şey dəyişdi.”

Əminəm ki, çoxunuzun sevimli filmləriniz sırasında ön yerlərdən birini bu film tutub. Layiq görüldüyü mükafatları saymaqla bitməz. Tom Hanks-in ustalığını xüsusi qeyd eləmək lazımdı.  Heyf, mən düz  11 il gecikmişəm. Filmi tərifləyib zad eləməyəcəm. Gecə vaxtı məni bu qədər ağlatdığına görə zəhləm gedir ondan :(

Film çox sevdiyim yazıçı Stephen King-in eyniadlı əsəri əsasında çəkilib. Hər dəfə ən yaxşı filmlər siyahısında görürdüm, çox məşhur olduğunu da bilirdim. Amma həm kinonun müddəti, həm də posterin çox da cəlbedici olmaması bugünə qədər təxirə salmağıma gətirib çıxardı.

Paul Edgecomb ( Tom Hanks) “Green Mile” -“Yaşıl Yol” adlı, edam məhkumlarının saxlanıldığı həbsxanada çalışır. Bir gün bura iki azyaşlı qızın təcavüzü və qətlində ittiham olunan çox yekəpər görünüşlü bir qatil gətirilir. John Coffey( Michael Clarke Duncan) daxilən tamamilə fərqli bir insandı. Onun bəzi fövqəltəbii gücləri də var. Edamına lap az qalmış ondan son arzusunun nə olduğunu soruşurlar. Cavabı belə olur. ” Mən heç vaxt kinoya baxmamışam.”

Sən demə, edam məhkumlarına elektrik verməzdən əvvəl başlarına yaş süngər qoyurmuşlar :(  Süngər qoyulan hissə əvvəlcədən tükdən təmizlənir. Bu səhnələri mənə “One Flew Over the Cockoo’s Nest” filmini xatırlatdı. Bir az da Stephen King-in digər  əsəri əsasında çəkilmiş “Shawshank Redemption”  tərzi hiss olunurdu. Ən xoşuma gələn səhnələrdən biri “siçovullu səhnələr” oldu.

Filmə xüsusi maraq, bir az əyləncə, bir az yumor qatıb.

Qəribədir. Edamlığa məhkum ediləcək qədər qatı cinayətlər törətmiş insan bir siçovulun ölümünə ağlayır. Bilmirəm, bunu insan təbiətinin mürəkkəbliyi, yoxsa bəsitliyi adlandırım.

Bir də Persinin maraqlı kitab oxuma metodu var. Bəlkə də kiməsə yararlı olar :P

Film hər bir detalı ilə möhtəşəmdi. Stephen King imzası+ peşəkar rejissor, aktyor işi = 3 saatlıq zövq

Qeyd: Stephen King-in əsəri əsasında çəkilmiş digər bir film- “Mist”in də rejissorluq kürsüsündə Frank Darabont əyləşmişdi. Görünür, bir-birlərinə böyük rəğbətləri var :)