Category Archives: Araşdırma

Niyə dublyajımız bəyənilmir? (2-ci hissə)

Bu suala cavab axtarmışdım əvvəlki yazımda, iş yoldaşlarımın, təcrübəlilərin köməyi ilə aydınlıq gətirmişdim bu məsələyə.. Amma bu sual yenə də verilir, məsələyə əvvəl sırf texniki-maddi tərəfdən yanaşmışdımsa, indi əsas diqqəti tərcüməçi məsələsinə çəkmək istəyirəm. Soruşurlar ki: “Niyə hərfi tərcümə eləyirlər? Türk dilindən niyə tərcümə olunur ki?” Türklər demiş “izah ede bilirim” Birinci növbədə tərcüməçilərin qonorarı

Continue Reading →

Kiçik sevgi hekayələri

İndiyə kimi kinolarda onlarla sevgi hekəyələrinin şahidi olmuşuq, oxşar və fərqli, romantik ya mənasız, təsirli ya da gülməli.. Amma bu sevgi hekayələrindən bəziləri də var ki, qəribəliyinə görə digərlərindən çox seçilir. Üç kinodan nümunə gətirərək balaca qızların özlərindən böyüyə aşiq olması haqda qısaca yazacam. Luc Besson-un Leon-u, Robert rodriguez-in Sin City-si və Jean-Pierre Jeunet-in The

Continue Reading →

“Sübut olundu: 3D baş ağrısından və əlavə xərcdən başqa bir şey deyil.”

Yəqin artıq siz özünüz də hiss etməyə başlamışdınız ki, 3D formatında film izləmək baş ağrıdsından və əlavə xərcdən başqa bir şey deyil. Əgər ikinci punktun sübuta ehtiyyacı yox idisə, birinci öz əsasını bu yaxınlarda tapdı. Dünyanın ən məşhur universitetlərindən biri Kaliforniya Universitetinin alimləri 3D formatınının insana təsirini tədqiq edərək sübut etmişlər ki, müasir texnologiya filmin

Continue Reading →

Ən yaxşı sonluğa sahib 21 film

Yəqin tək mən yox, hamımız sujet xətti olan hansısa bir filmi izləyəndə maraqla filmin sonunda nə olacağı haqqında düşünürük. Hətta belə dəsək daha yaxşı olar : filmi filmdən tez bitirmək, son səhnəni qabaqlamaq istəyirik. Sonu maraqlı bitən filməri hər kəs sevir. Ümumiyyətlə filmin uğurlu olmasında son hissənin rolu çox böyükdür. Məsələn, “ Lucky Number Slevin”

Continue Reading →

2D, yoxsa 3D?

Tamaşaçılar yenidən 2D formatına üstünlük verməyə başlayırlar.. “Pirates of the Caribbean 4” filminin 3D formatında uğursuz çıxışından sonra 2D formatlı seanslara maraq daha da artır. “The Hollywood Reporter”ə istinadən “Harry Potter and the Deathly Hallows: Part II” filminin 2D formatlı seanslarına satılan biletlərin sayı 3D formatlı seanslarına satılan biletlərin sayını üstələyir. Deməli “Pirates of the

Continue Reading →

Pazolinin “Həyat” Trilogiyası

PYERO PAOLO PAZOLİNİ 1) DEKAMERON 2) The Canterbury Tales 3) A Thousand and One Nights (Arabian Nights) Pazoliniyə baxan kəs bilir ki, o fərqlidir. Bu filmlərə baxarkən bəlkə də iyrənə bilərsiniz və ya rejissoru pornoqrafiyada günahlandıra bilərsiniz, amma bu filmlərin hamısında qeyri-adilik var. Dünya kinosunda səs-küy salan rejissorların başında gələn Pazolinin filmləri gündəlik gördüyünüz seriallar

Continue Reading →

Suda batmaz…

Bu gün kinoteatrda yerli film izləməyə getmişdim. Artıq kinoteatrlarda biletlə yerli filmlərin nümayiş olunması çox sevindiricidi. Film çox gözəl idi, və baş rolu ifa edən aktyorlardan biri “Gənc Aktyorların Oskar Mükafatı”na layiq görülüb. Müxtəlif festivallarda nümayiş etdirilib. Film haqda növbəti postların birində yazacam. Çünki çox gözəl bu yerli film haqda yazacağım postu aşağıdakı kənar təəssüratlarım

Continue Reading →

Fuck-ın tərcüməsi nədir?

Televiziyalarla əməkdaşlıq edən film tərcüməçilərinə tamaşaçılar tərəfindən adətən bu iki sual verilir. Birincisi: dublyajımız niyə bu gündədi? İkincisi: (gülərək) siz söyüşü necə tərcümə edirsiniz? Ya da: (gülərək) Siz söyüşləri niyə gülməli tərcümə edirsiniz? Dublyaj məsələsi ilə bağlı suallara aydınlıq gətirmək üçün bir–iki yazı yazmışdıq. Bu yazıda isə söyüşün necə tərcümə olunduğu barədə yazacağam. Çalışacam uzun

Continue Reading →

Niyə kinoteatrlarda filmlər Azərbaycan dilinə dublyaj olunmur?

Son vaxtlar ən çox rastlaşdığım suallardan birinə cavab verməyə çalışacam. Niyə kinoteatrlarda filmlər Azərbaycan dilinə dublyaj olunmur? Əslində səbəbləri çoxdu, bu haqda az-çox, əyri-düz, yalan-doğru bir az qaralama etmişdik. Amma elə bunu deyə-deyə qalmışdıq ki, Mədəniyyət Nazirliyinin xəbəri çoxlarımızı sevindirdi, bəzilərimizi isə kədərləndirdi. İndi Nazirliyin saytında həmin xəbəri nə qədər axtardımsa tapa bilmədim, linkini götürmüşdüm,

Continue Reading →

Dogme-95

“Dogme 95” 1995-ci ildə danimarkalı rejissorlar Lars fon Triyer və Tomas Vinterberq tərəfindən əsası qoyulmuş avanqard kino çəkilişi cərəyanıdır. Danimarka      dilindən “dogme” doqma kimi tərcümə olunur. Doqma kollektivinin əsas məqsədi kinomatoqrafiyanı bahalı, xüsusi effektlərdən xilas edərək saflaşdırmaq və əsas diqqətin ssenari, aktyorların performansı üzərində cəmləşməsini təmin etməkdən ibarət idi. 1995-ci ilin martında Lars fon Triyer

Continue Reading →