Un Long Dimanche de Fiançailles

Bu gün Audrey Tautou-nun ad günüdür, çoxumuz onu Amelie filmində tanımışıq. Alma gözlü, balaca üzü ilə ürkək, həm də quru təbiətli çox sirrli qızdı. Quru deyəndə ki, dərininə kəşf ediləsi bir qız.. yəni hər kəsin kəşf edə bilməyəcəyi qadın və oxuya bilməyəcəyi qapalı bir kitab kimidi.

Mati

Belə bir qızın sevgi hekayəsinə baxmaq çox fərqlidi. Jean-Pierre Jeunet-nin filmləri onsuz da çox poetikdi, kinolarının hamısı çox xoşuma gəlir. Əsas da La Cité des Enfants Perdus (İtmiş Uşaqlar Şəhəri), Amelie, Delicatessen, və indi danışdığım Un Long Dimanche de Fiançailles (Uzun Çəkən Nişanlılıq)

Mane e MatiFilm Matilda və Manenin sevgisi haqdadı, onlar uşaqlıqdan bir yerdə böyüyüblər.. Matilda axsaq qızdı, amma bu onu daha da şirin və sevimli göstərir. Evlənməyi planlaşdırırlar. Sonra birinci dünya müharibəsi başlayır, Maneni müharbəyə aparırlar, müharibədə ya ölür, ya itkin düşür bilmirəm [ :)! ] amma qayıtmır.. Matilda ümid edir ki, o hələ də sağdı və onun axtarışına başlayır..

Nə vaxtsa sevən adam bilir ki, sevgi bütün dillərdə eynidi, lap çoxdan da eyni olub, indi də eynidi, gələcəkdə də eyni olacaq.. Amma sevginin mühiti həmişə fərqli olur, dəyişir, üzərinə əlavələr gəlir. [ vatçapla (!) zadla adiləşir :) ] Təklif edirəm bu çoxdankı sevgi mühitini də görəsiniz, dafa saf, daha sadə, daha orqanik.. fransızsayağı, bədii və sirrli..