A Time for Drunken Horses

Sərxoş Atlar Zamanı – İranlı rejissor Behman Qobadinin 2000-ci ildə çəkdiyi art haus janrlı ağır bir dram filmi. Filmdəki hadisələr Eyyub adlı uşağın ətrafında cərəyan edir. Onun atası da ailəsini dolandırmaq üçün qanunsuz yolla İraq sərhəddinə mal keçirib, alverlə məşğuldu. Və növbəti belə addımı ona həyatı bahasına başa gəlir. Eyyub indi ailə başçısıdır. Anası da yoxdur. Evdə ondan yaşca böyük və kiçik iki bacısı və bir də fiziki olaraq inkişafdan qalma qardaşı var. Və o öz ailəsini dolandırmaq üçün məktəbi buraxır. Qardaşının xəstəliyi isə gün-gündən daha da kəskinləşir və kənd həkiminin dediyinə görə əgər təcili olaraq əməliyyat olunmasa öləcək. Əməliyyat üçün pul lazımdır. Bir də sərhəddi keçmək. Pul isə yoxdur. Daha bir maraqlı məqam orasıdır ki, qardaşı lap əməliyyat olunsa belə maksimum 6-7 il yaşaya biləcək. Yeni əməliyyat ən yaxşı halda (uğurla keçsə belə) onun ömrünü uzadacaq. Eyyub nəyin bahasına olursa olsun qardaşının ölümünə razı deyil və ona görə atası kimi qaçaqmalçılıqla məşğul olmağa razıdır.

Madi

Bir də Eyyubun əmisi var filmdə. Əmi həm də qardaşının ailəsinə himayaçidir. Və günlərin birində işıq görünür. Eyyubun böyük bacısına İraqdan elçi çıxır. Və əgər qızı verəcəklərə təqdirdə qızın əlil qardaşını əməliyyat edəcəklərinə və yanlarına saxlayacaqlarına söz verirlər. Eyyubun narazılığına baxmayaraq əmi qızı verir. Amma… Filmdəki hadisələr öz ağır və kəskin dramaturqiyası ilə seçilir. Heç nə uydurma deyil amma. O cür insanlar indidə var və hər gün yaşamaq uğrunda bu cür əziyyətlərə qatlanırlar. Şərqin acı həqiqətlərini gözəl qabartmağı bacarıq Qobadi. O bunu ustalıqla çatdıra bilib. Heç nə şişirtməyib, duyğusallıq etməyib. Film boyu filmin film olduğunu belə unudur insan. Axmaq qanunlar və adətlər durur filmin məğzində. Bir də tükənməyən inam və mübarizə əzmi.

Ameneh
Film ən yaxşı rejissor debütü olaraq Kann-da “Qızıl kamera” laureatı oldu və FİPRESSİ mükafatı da qazandı. Amma adım kimi əminəm Kann-da bu film sadəcə baxılıb və texniki üslub baxımından qiymətləndirilib. Hadisələrin məzmunu, reallığı avropa üçün təsvir olunmayacaq qədər uzaqdır. Odur ki, zənnimcə “Sərxoş atlar zamanı” filmi heç vaxt aktuallığını itirməyəcək böyük filmlərdən biridir…