18+ Vasitəçi (Middle Men)


İstehsal: 2010 – ABŞ

Növ: Dram, Komediya, Cinayət

Müddət: 105 dəqiqə

Rejissor: George Gallo,

Oyunçular:  Luke Wilson/ Jack Harris, Giovanni Ribisi/Wayne Beering, Gabriel Macht/Buck Dolby, James Caan/ Jerry Haggerty, Laura Ramsey/Audrey Dawn, Jacinda Barrett/ Diana Harris, Kelsey Grammer/District Attorney Frank Griffin, Terry Crews/James, Kevin Pollak/Curt Allmans, Robert Forster/Louie La La, Rade Šerbedžija/Nikita Sokoloff, Jesse Jane/öz adı

Ssenari: George Gallo, Andy Weiss,

Prodüser:  Shaliza Somani, Nate Blonde, Jason Shuman, William Sherak, Michael Weiss, Daniel S. Frisch, Christopher Mallick, Andy Weiss, Marty Eli Schwartz

 

Bu filmi izlədikdən sonra dərhal film haqda yazmağa başladım. Çünki, çox sevdim bu filmi. Amma çox maraqlıdır ki, film haqda bir az axtarış verdim görüm izləyicilərin fikirləri necədir. Sən demə o qədər də bəyənilməyib. Halbuki, filmin ssenarisi ümumilikdə filmin özü hər kəsə gərəkli məlumatları çatdıra bilən bir filmdir fikrimcə..

Əvvəlcə keçək filmin mövzusuna:

1995-ci il. İnternetin təzə-təzə inkişaf mərhələsi, porno saytların, kino və musiqi məhsullarının yetişdiyi vaxtlar.. Bu dövrdə dürüst iş adamı olan Cek Harisin iki nəfərlə yolu kəsişir. Daha dəqiq desək bu iki adam Veyn və Bak (Wayne, Buck) internetdə “yeniyetmələr üçün əyləncə” saytı açaraq erotik şəkilləri pul ödəməklə baxmaq şansı verən bir işlə məşğuldurlar. Müştərilərini əldə saxlamaq üçün işi bir az da irəli aparmaq istəyirlər. Belə ki, onlar rus mafiyasının striptiz klubuna müraciət edirlər. Qısası şəriklik təklif edirlər. Hər şey yaxşı gedirdi, ta ki, bu iki adam öz niyyətlərini bəlli edənə kimi. Çətinə düşdükləri zaman Cekə müraciət edirlər. Cek bunlar arasında vasitəçi olur. Amma təəssüf ki, işlər yaxşı getmir. Səbəb isə… Səbəbini baxdıqdan sonra biləcəksiz.  :)

Filmdən bəzi sitatlar.

Həyat yalnız seçimlərimizdən ibarətdir. Daha yaxşısı olacaq deyə özümüzə dediyimiz seçimlər.

YanlışIıqla bildiyimiz dünyanı dəyişdirdim. Adım Cek Haris və kişilərin boşalması üçün daha yaxşı üsul tapdım.

Dünya tarixində, ədəbsizlik tacirləri bu pisliyi yaymaq üçün heç bu qədər çağdaş imkanlara sahib olmamışdı.

Kişilər tarixin başlanğıcından bəri masturbasiya edirlər. Bu bir sirr deyil.

…kişilərin ağlı-fikri seksdədir. Təqribən hər on saniyədə bir kişilərin ağlından xəstə, axmaq, pis düşüncələr keçir.

Bir kişi, şeyinə çatacaq vəziyyətdə olduğunu fərq etdiyi anda boşalmağın yeni bir yolunu tapar.

Bir kişi biləndə ki, əlini şeyinə atmaq imkanı var, nə cür olur olsun boşalmağın yolunu tapır.

Hər kişi, homoseksual olsun olmasın, şahzadələr, yoxsullar, krallar, dövlət başçıları, hətta baş nazirlər  belə bir yerdə gizlənib masturbasiya edərlər.

Heç kim izlədiyini etiraf etməsə də, porno sənayesinin gəliri dünya miqyasında təxminən 57 milyard dollardır. Artıq dünyanın hər yerində, hər günün, hər saniyəsində porno izləyirlər.

-Bir vız-vız taxdım. Hər satış olduqda vız-vız səslənəcək..

-Qiyməti nə qədər qoydun?

-10 dollar

-Niyə 9,99 etmirsən? Psixoloji olaraq insanlar özlərini dahi hiss edər

-Yaxşı