The Dark Knight

2008

ABŞ

Döyüş, cinayət, dram

Rejissor və ssenarist: Christopher Nolan

Rollarda: Christian Bale, Heath Ledger and Aaron Eckhart

IMDB xalı: 8.9/10, 250 ən yaxşı film siyahısında 10-cu yer

Büdcəsi: 185 milyon dollar, Gəliri: 1 milyarddan çox

Çox məşhur komiks qəhrəmanları və haqqında çox daışılan bir film.. Demək olar ki, Iron Man filmi kimi Batman də artıq komiks qəhrəmanı olmaqdan çıxıb yeni fenomenə çevrildi. Çəkildiyi il 6 nominasiyada Oskara namizəd idi, amma iki Oskar aldı. Biri Ən yaxşı Səsə Görə Richard King-ə, biri də ən yaxşı ikinci plan kişi roluna görə Heath Ledger-ə verildi. Bildiyiniz kimi filmin çəkilişlərindən sonra aktyor Heath Ledger vəfat etdi. Qazandığı Oskar mükafatı isə ölümündən sonra təqdimetmə mərasimində aktyorun atası, anası və bacısına təqdim edildi. Təkcə Oskar mükafatını qeyd etdim, amma bununla yanaşı film 10-larla digər mükafatlara da layiq görülüb.

Mərhum Ledger kimi Bale, EckhartMorgan da öz peşəkarlıqları ilə filmə rəng qatır. Prestij filmindəki Michael Caine, və Leon filmindəki Gary Oldman da var bu filmdə. Elə məhz bu güclü aktyorlara görə emosiya və dram bu cür görüntü qrafikasının kölgəsində qalmır.

Böyük büdcəli filmdir və əminəm ki, gözəl, bahalı və mükəmməl qurulmuş səhnələri sizi darıxmağa qoymayacaq. Qəhrəmanların jestləri, qurduğu planlar və onların mübarizəsini izləmək çox maraqlıdır. Axı onsuz da bir-birinə düşmən iki komiks qəhrəmanın, ümumiyyətlə xeyir və şərin mübarizəsi həmişə maraqlı olub. Film Jokerin gərgin və maraqlı bank soyğunu səhnəsi ilə başlayır və filmin tempi yüksələn dinamika ilə davam edir.

Məncə bu tip kinolar haqda artıq bir şey yazmağa ehtiyac yoxdur, sadəcə izləmək lazımdır. Orda Jokerin yaxşı bir sualı var: Niyə belə ciddisən? Bəlkə bi az gülümsəyəsən? :))