Suda batmaz…

Bu gün kinoteatrda yerli film izləməyə getmişdim. Artıq kinoteatrlarda biletlə yerli filmlərin nümayiş olunması çox sevindiricidi.

Film çox gözəl idi, və baş rolu ifa edən aktyorlardan biri “Gənc Aktyorların Oskar Mükafatı”na layiq görülüb. Müxtəlif festivallarda nümayiş etdirilib.

Film haqda növbəti postların birində yazacam. Çünki çox gözəl bu yerli film haqda yazacağım postu aşağıdakı kənar təəssüratlarım ilə çirkləndirmək istəmirəm.

İndi yerli filmə bəzi tamaşaçıların münasibəti haqda yazmacam. Yaxşı ki, bunlar ümumi tamaşaçının 10%-ni təşkil edirlər, amma yerdə qalan 90%-in də əsəblərini korlayırlar. Keçim bu 10 faiz haqda ürəyimi boşaltmağa..

Xüsusilə də Üç Həyasız qız haqda.. O həyasızlar ki, təkcə film başlayandan 15 dəqiqə sonra zala səs-küylə girdikləri üçün tamaşaçıları narahat etmədilər, həmçinin filmin Azərbaycan filmi olduğunu biləndə yüksək səslə gülərək hər bir kəlməni ələ saldılar. Hansılar ki, Azərbaycan dilində heç 10% düz-əməlli danışa bilməyən azərbaycanlılardı. Və “zor” təbəqənin nümayəndələridi. Mırtlaşmaqları boğazdan.. və hər 2 dəqiqədən bir fahişə kimi gülərək aralarında soruşurlar ki, “bu Azərbaycan kinosudu? Azərbaycan kinosuna baxmağa gəlmişik?” Gör insan nə qədər ling olar ki, bilet aldığı filmin nə olduğunu bilməsin. Yaxşı ki, 15 dəqiqə əsəblərimizi tarıma çəkədən sonra rədd olub zaldan çıxdılar.

Bunlardan sonra “bukimilər” fəsiləsinə aid olan digər tamaşaçıların film boyu aramsız davam edən şərhləri adamı o qədər də bezdirmədi. Bunlardan sonra dəli şeytan deyir ki, Azərbaycan filmlərinə ancaq diski alıb evdə bax. Yoxsa bizim mız qoyan tamaşaçılarımızla fikrini filmə cəmləmək mümkün olmayacaq.  O tamaşaçının yanında ki, başı çıxanlar kimi hər səhnəyə bir şərh deyir, bir mız qoyur, anqırışır, zingildəşir, civildəşir, bir sözlə zalı mırtı meyxanasına çevirir.

Baxdığım filmin dilində “pornoqrafiya, pox və digər sözlər” də var idi ki, bu da yenə həmin tamaşaçıların gülüş və müzakirə obyektinə çevrilirdi. Elələrini atıb dəryada boğmaq istəyərsən, amma onlardan canını qurtara bilməzsən.. Filmdən bir sitatda da deyildiyi kimi.. “Pox… suda batmaz”