Step Up 2: Streets

Step Up 2: Streets

2008
ABŞ
Dram, Melodram, Musiqili, Rəqs,
Rejissor:Jon Chu

Vacib deyil sən hardansan, vacib odur sən hardasan…
Andie – rəqs məktəbinə daxil olur və burda rəqsi öyrəşdiyi küçə rəqslərindən fərqli şəkildə öyrənməyə başlayır. Burda ən yaxşı rəqqaslarla tanış olur. Məktəb küçədən fərqlidir və şagirdlərə küçə yarışlarında iştirak etmək qadağandır, lakin bu rəqqaslar komanda yaradır və küçələrdə peşəkarlaşmış rəqqaslara qarşı çıxmağı qərara alırlar…

3 filmdən ən çox sevdiyim Step up 2-dir. Aktyorlar çox yaxşı seçilib. Baş rolun ifaçısı “Sorority Row” filmindən də tanınan Briana Evigan-dır. Mənim ən çox xoşuma gələn rolun ifaçısı isə Robert Hoffman-dır, o rol üçün daha yaxşısı ola bilməzdi yəqin ki.. Sujet xətti templidir-problem, dostluq, komanda işi ve təbii ki, sevgi, amma ən əsas MUSİQİ və RƏQS. Mən bu filmə dəfələrlə baxmışam və hələ də dəfələrlə yorulmadan baxaram.

Film positiv enerjiylə doludur, rəqslər möhtəşəmdi. Filmin son səhnəsindəki yağış altındakı Final rəqsi isə 1 sözlə Suuuuuuperdi ,bu reqsə 1 dəfə baxmaqla doymaq olmur və sadəcə dayanıb baxmaq da mümkün deyil, ondan sonra mütləq özün də rəqs etmək istəyirsən ;) Məncə, əgər heç ehvalda deyilsinizsə əhvalınızı 100-də-95 % qaldıra biləcək bir filmdir.