Goodbye Bafana

2007,

ABŞ,

Rejissor: Bille August,

Avtobioqrafiya, Dram, Tarixi,

Film idealist dünyada tolerantlığı, azadlığı hətta öz ailəsindən də üstün tutan bir insanın 20 illik həbsxana həyatı və həbsxana gözətçisi Ceyms Qreqori-nin ona olan rəğbəti haqqındadır. Onu ağ göyərçin və ya sonuncu qəhraman da adlandırırlar. Bu, Nelson Mandeladır. Nə dərisinin rəngi, nə də vəhşi Afrika qəbiləsinə mənsub olmağı, onu Cənubi Afrikanın ən məşhur hüqüqşunası olmağına və xalqının azadlığı uğrunda tarixdə iz qoyacaq bir mübarizəyə qalxmasına mane ola bilməzdi. Bu filmə baxanda həqiqətən təsirləndim, məncə Green Mile fimindən sonra ən təsir edici həbsxana filmidir. Green Mile-dan fərqli olaraq bu film real insanın həyatından götürülüb. Bir Azadlıq aşiqinin 20 il öz oğlunun öldürülməsi müqabilində belə ideallarından geri dönməməsi həqiqətən diqqətə layiqdir. Filmdə Nelson Mandelanın oğlunun öldürülməsi xəbərini eşidən zaman dediyi “Azadlığa Uzun Addımlarla” ifadəsi onun nə qədər güclü insan olduğunun bariz nümunəsidir. İnam, İstək və İradə birliyi bu filmdə özünü göstərir. 20 ildə onun həbsxanadakı öz ideolagiyasından olmayan yeganə dostu Qreqori idi. Maraqlısı budur ki, Nelson Mandela hələ də bu günə qədər Qreqorini yad edir və onu fəxri insan elan edib. Azadlıq Heç bir çərçivəyə sığmır ideyası filmin sonluğunda təzahür edir. Film Ceyms Qreqorinin “Əlvida Bafana: Nelson Mandela, Mənim Dustağım, Mənim Dostum” Kitabı əsasında ekrana alınıb və ilk dəfə 2007-ci il də Berlin kino festivalında tamaşaçılara təqdim edilib.