Terminator 2: Judgement Day

1991,

ABŞ,

Fantastik, Gərgin,

James Cameroon-un rejissorluğu ilə,

Bu film 90-cı illərin ən gözəl ekran əsərlərindən biridir. Rejissor Ceyms Kamerun’un bu filmi onun vizit kartı rolunu oynadı. Mən bu filmə ilk baxanda hele 4 cü sinifi təzə bitirmişdim. Dostum Kənanın saqqızdan çıxan o yapışqanlarda gordüyüm filmi mene baxmaqa verdiyi VHS kasseti nece həvəslə evdə baxmağım hələ də yadımdadı. Nece baxmaya bilərdim ?! Baş roldakı aktyor o illərdə hər bir oğlanın idealı Arnold Schwarzenegger idi.

2029-da Con Konoru məhv edə bilməyən Terminatorlar onu 1997-ci idə məhv etmək üçün bir robot göndərilir bunu bilən Con Konor keçmişi dəyişdirmək üçün nə edir bəs?;)

Con Konor öz anasını və öz uşaqlıqını qorumaq üçün T-800 adlı Terminatoru müdafiəyə göndərir və bundan sonra 1997-ci ildə 2 Terminatorun mübarizəsi başlayır.

Əsas mübarizə Skynet üzərindədir. Film insanı daim həyacanda və gərginlikdə saxlayır. Maraqlısı budur ki, Terminator 2 filmi Azırbaycanda heç vaxt sona kimi efirə verilməyib. Bu Filmə sona qədər baxsanız görərsiniz ki, əslində, Terminator 3, 4, 5 filmləri  qanunauyğunluğu pozur. Terminator 2 filmi seriyasının ən gözəl filmi hesab olunur. Hər kəsə  90-cı illər ətirli bu filmə baxmağı məsləhət görürəm. =)