
Kunq Fu Panda Bayram
2010, Amerika, Ailə, Animasiya, Komediya, Macəra janrında, qısa (21 dəq) Rejissor: Tim Johnson, Xüsusi yeni il buraxılışı,2008-ci ildə Kung Fu Panda ilə hamının sevimli animasiya qəhrəmanına çevrilən Po yeni ildə də bizi tək qoymayacaq, xüsusi yeni il buraxılışi ilə gombul, şirin, tənbəl, güclü, kefqom, ən əsası da Möhtəşəm Po yenə səhnədə olacaq =) Filmin süjet xətti belədi:
Deməli, yeni il festivalı yaxınlaşır, Po bütün Kunq Fu ustadlarının iştirak edəcəyi böyük, ekskluziv, rəsmi banketə ev sahibliyini etməlidi, amma bu məclis Po-nun atası, cənab Pinq-in öz restoranında keçirəcəyi şənlik ilə eyni günə düşür. Atası Po-nun yeni ili evdə keçirməyəcəyini biləndə çox pis olur, amma çalışır ki, məyusluğunu Po-ya bildirməsin. Po, öhdəlikləri üçün atasını məyus etdiyinə görə özünü günahkar hiss edir. Görəsən Po, dostları və Kunq Fu ustadları yeni il gecəsini harda keçirəcəklər?
Filmin kiçik çarxını Azərbaycan dilinə dublyaj olunmuş formada sizə təqdim edirik, tam olaraq yəqin ki, bu günlərdə, kinoteatrlarda və ya yerli kanalların birində yayımlanacaq.
Amma bu da son deyil..
2011-də Po yenidən bizimlə olacaq =)
Kunq Fu Panda 2,
2011, Amerika, Rejissoru: Jeniffer Yuh,Po yeni Kunq Fu ustadlarının qrupuna qoşularaq Köhnə düşmənə yeni öldürücü silahla qalıb gəlmək istəyir. Filmin çarxını Azərbaycan dilində yarımbaşlıqlarla təqdim edirik.
Qeyd: Hər iki film haqda məlumatları imdb.com saytından götürmüşəm.
Supper :D bu gözünü zilləmə yarışını mütləq sınamaq lazım :)
Yeni il qabağı gedək yeməkxanada Gözünü zilləmə yarışı keçirək, uduzan əriştənin pulunu versin :D
:D əla olar
Onda razılaşdıq :D Birinci gülən uduzacaq!
Suppperr, Orxan. Əhsən sənə :)
Çox sağ ol :)
Ela! Amma xahis edirem muellif huquqlarini pozmayin, hec olmasa tercumecinin adini qeyd edin ;)
xixi ok :) Filmin tərcüməsinə görə İftixar bəy Səfərova dərin minnətdarlığımızı bildiririk.
bravo beyenilsin))))
Təşəkkülər))
Tərcümə qəşəng alınıb ))
Təşəkkürlər)