North Country

2005,

Amerika filmi,

Niki Caro-nun rejossorluğu ilə,

Tarixi, Dram janrında,

Imdb xalı: 7.2/10,

2 Oscar, 2 Golden Globe mükafatları qazanmış bir film,

Baş rollarda: Charlize Theron ( Josey Aimes)  Sean Bean (Kyle) Woody Harrelson (Bill) Frances McDormand (Glory)

Filmin ssenarisi Clara Bingham and Laura Leedy Gansler-in həqiqətən olmuş bir hadisəyə əsasən yazdıqları  kitabdan bəhrələnərək , Michael Seitzman tərəfindən qələmə alınıb.

Whale Rider filminin rejissoru Niki Caro-nun və Oscar mükafatlı Charlez Theronun əsl peşəkalıqlarının nümayiş olunduğu bir film. Xüsusilə  Charlez Theron bu filmdə aktrisalıq bacarıqlarından çox məharətlə istifadə edib.

Yuxarıda qeyd etdiyim kimi, film tarixi səciyyə daşıyır. Filmdə Lois Jones adlı bir qadının Eveleth dəmir mədənində kişi işçilər tərəfindən təzyiqlərə, cinsi istismarlara dözə bilməyib işlədiyi yeri  məhkəməyə verməsi və 1984-cü ildə Amerikada böyük səs salmış bir “inqilabı” gerçəkləşdirməsi  əks olunur.

1989-cu il…Josey Aimes ( Charlez Theron) zülmkar ərinin yanından qaçıb iki uşağı ilə birlikdə Minnesotaya ata evinə gəlir. Lakin işsiz qala bilməyəcəyini görür və regionda ən çox maaş verilən yerdə- dəmir mədənində işləməyə qərar verir. Amma burada işləmək bir qadın üçün nələrdən keçmək demək idi onu da bilir. Joseyin əsl həyat hekayəsi də elə bu vaxtdan başlayır… Mədəndə qadın işçilər üçün həddindən artıq çətin şərait var. Ağır və anti-sanitar iş bir yana, kişi mədənçilər tərəfindən təhqir olunmaq, alçalmaq, təcavüzlərə, cinsi istismara uğramaq bu qadınların hər gün rastlaşdıqları hadisələrdir. Hər dəfə seyfində necə bir “süprizlə” qarşılacaqlarını bilməyərək, kişi mədənçilərin diqqətini çəkməmək üçün üzünü murdarlayaraq, “it sifəti” alaraq işləmək və “gələn səfər divarda mənim də adıma söyüşlər, təhqirlər yazılar“ qorxusu ilə yaşamaq! Bunlar nə deməkdir o qadınlar yaxşı bilir. Eyni zamanda dözürlər də! Çünki işləməyə məcburdurlar və dəmir mədənin bu qanunu yaxşı bilirlər: Ya döz və qal, ya da çıx get! Amma Josey bu vəziyyətlə barışa bilmir və qarşı çıxmaq istəyir. Ailəsinin, qorxaq iş yoldaşlarının etirazına baxmayaraq Josey mədən şirkətini məhkəməyə verir. Joseyə vəkil  Bill kömək edir. Maraqlısı odur ki, şirkət qadınlara qarşı kobud rəftarklarının guya uydurma olduğunu göstərmək üçün də gender bərabərliyi məsələsini öz xeyirlərinə işlətmək istəyirlər-  bir qadının mübarizəsinə qarşı başqa qadın advokat tuturlar. Yəni, qadınları kişi vəkil, kişiləri (şirkəti) isə  qadın vəkil müdafiə edir =)

Film boyu məhkəmə prosesi ilə digər hadisələr paralel verilir. Əslində bu məhkəmə sadəcə mədən şirkətinə qarşı yox, Joseyin bəbəxt taleyinə qarşı açılmışdı. Joseyin keçmişi ilə bağlı bəzi sirrləri və bədbəxtliklərinin səbəbi bu məhkəmə zamanı üzə çıxır.  Filmin sonuna doğru bütün düyünlər açıldıqca insan özünü orada  baş verənlərin içərisində hiss edir. Sonluq çox maraqlı və gözlənilməzdir. Filmin şüarında deyildiyi kimi : “Onun bütün istədiyi öz həyatını qurmaq idi, amma o bir tarix yaratdı”.

Məncə bu film qadın zorakılığına qarşı çəkilmiş ən möhtəşəm filmdir. Baxarkən bizim ölkə( nəinki bizim) üçün xarakterik bir halla da rastlaşdım: qadının öz həyatını özü qura bilməsi üçün necə ağır şərtlər altında işləməyə məcbur olması; Şərəfinin, ləyaqətinin alçalması uğrunda olsa belə uşaqları üçün bir gələcək qura bilməsi üçün hər şeyi gözə alması; Haqqını tələb edəb qadına deyilən həmişəki nağıllar…“Sən qadınsan tək məqsədin uşaqlarını böyütmək olmalıdır”

Amma fikrimcə bu filmin verdiyi mesaj məhz budur: Qadın güclüdür! O hər bir çətin şəraitin öhdəsindən gələ bilər. Tək başına olsa da hər bir yükün altından qalxa bilər. Çünki o həqiqətən güclüdür!”

Postumu filmin ən əvvəlində Joseyin dedikləri bu cümlələr ilə tamamlamaq istəyirəm:

“Gözəl bir evdə yaşayırsınız…hər yeri təmiz…isti suyu olan..sevgililer gününde çiçəkler..və öz-özünüzə deyirsiniz “Mən güclüyəm”…Özünüzü mənim yerimə qoyun! Güclu kimdir soyləyin! Eyni dəhşətləri siz də görün ve güclü kimdir söyləyin! ”

P.S – bunu bir qadının dili ilə oxuyun!