Legend of Guardians: The Owls of Ga’hoole

Afişa

2010, ABŞ və Avstraliya Cizgi-animasiya, fantastik, macəra Ketrin Laskinin eyniadlı kitabı əsasında Warner Bros Village Roadshow Pictures / Animal Logic İMDB xalı – 7,2 / 10

“Gecə gözətçilərinin əfsanəsi” (ing. Legend of Guardians: The Owls of Ga’hoole) animasiya filmi Ketrin Laskinin eyniadlı kitabı əsasında çəkilmişdir. Onu da nəzərinizə çatdırım ki, filmin ssenarisi ilə kitabda yazılanlar arasında çox böyük fərqlər var, burada daha çox qısaldılıb. Rejissor Zak Snayder tərəfindən çəkilən animasiya filmini Cim Stercess, Cefri Raş, Reyçel Teylor, Emili de Reyvin, Hüqo Uivinq səsləndiriblər. Avstraliyada çəkilən animasiya filmi 24 sentyabr 2010-cu ildə təqdim olundu.

5

Filmin süjet xətti isə, insanların olmadığı, həmişəki kimi, yaxşı və pis hökm sördüyü və bayquşların idarə etdiləri bir dünyada hadisələr cərəyan edir. Sehirli meşədə – Tito krallığında – Qa’Xuul adlı nəhəng bir ağacda bütün ağıllı bayquşlar harmoniya içərisində yaşayırlar, lakin bir zaman gəlir ki, qonşuluqdakı şər krallar tərəfindən bu harmoniyaya qarşı təhlükə yaranır və təhlükə bütün yaradıcı qüvvəni məhv etməyə qadir olur. Bundan sonra isə maraqlı hadisələr başlayır.

Baş qəhrəman olan Soren atasından danışdığı nağıllara pərəstiş edən gənc bayquşdur. Atası ona bayquş krallığı üçün yaxşı işlər görməyə çalışan “Qa’Xuul gözətçiləri” haqqında əfsanələr danışar, o isə həvəslə dinləyər, onların varlığına inanardı. Onun qardaşı Kludd isə əksinə, hər zaman buna fikir verməz, diqqətdən kənar qalardı.

2

Bir gün onlar gecə, (təbii ki, bayquşlar üçün bu gecə bizim normal səhərə bərabərdir) yuvadan xəbərsiz bir az uçmaq istədikləri zaman (uçmağı yeni öyrənirlər) ağacdan yıxılırlar. İlk öncə üzərilərinə tazmaniya şeytanı hücum edir, bundan sonra isə onları qorumaq üçün Dəmirdimdikə xidmət göstərən iki bayquş gəlir və hər ikisini də caynaqlarında götürüb aparırlar.Yolda hara getdiklərini bilməyən cavan bayquşları Dəmirdimdik adlı yerə gətirirlər. Burada bu iki qardaş kimi minlərlə başqa cavan və bala bayquşlar istismar edilirdi. İstəyənlər ya əsgər olurdular, istəməyənləri isə zorla zombiləşdirərək qula çevirirlər. Orada Qilfi adlı digər bir bayquşla tanış olan Soren bu vəziyyətə etiraz edirlər, qardaşı Klaudd isə əksinə, orada qalaraq xidmət etmək istədiyini bildirir. Bu səbəbdən də Klaudd əsgər olmaq üçün qalır, Soren və Qilfini isə zorla qullar arasına göndərirlər. Öncədən nə olacağını bilən Qilfinin məsləhəti ilə həmin səhəri yatmırlar və gecə (məlum olduğu kimi, bayquş rejimi ilə) hər kəs zombi olur, onlar isə yox. Bu isə onlara qaçmaq üçün əlavə imkan yaradır.

3

Oradan qaçmağa müəssər olan hər iki bayquşun qarşısında bir öhdəlik durur – hər zaman əfsanələrdə eşitdikləri Sehirli meşəyə gedərək Tito krallığını tapmaq, bütün bayquşları gözləyən bu xaos barəsində xəbər çatdırmalıdırlar. Lakin, bu elə də asan deyil, həmin krallığı tapmaq üçün daxili təmiz olmaq, başqalarının görə bilmədiklərini görə bilmək lazımdır. Yolda qarşılarına bir çox yeni səhayət, onlara kömək etmək istəyən dostları çıxır. Hər birinin özünəməxsus tərzləri var, filmi seyr etdiyiniz zaman sizləri darıxmağa qoymayacaq söhbətləri ilə ümumi gedişatı daha da rəngarəng edirlər :)

4

Bundan sonrasını isə danışsam, daha filmin marağı qalmaz, ona görə də özünüz baxın və dəyərləndirin. Şəxsən, özüm çox bəyəndim və sizlərə də məsləhət görürəm ;)

Trailer: