2010-2011 ABŞ, İngiltərə Bioqrafiya, dram, macəra Rejissor- Denny Boyle 5 Oskar Mükafatına namizəd İndiyə qədər heç bir film haqda bu qədər danışmaq istəməmişdim. Beş dəqiqə olar filmə baxmışam və şiddətli yazma ehtiyacı yaranıb məndə. Deyim ki, çoxunuza cansıxıcı, monoton təsir bağışlaya bilər. Bir ara məndə də elə təsir oyatmışdı. Amma sonluğa doğru fikrim tamam dəyişdi.