Kunq Fu Panda Bayram və Kunq Fu Panda 2


Kunq Fu Panda Bayram

2010,
Amerika,
Ailə, Animasiya, Komediya, Macəra janrında, qısa (21 dəq)
Rejissor: Tim Johnson,
Xüsusi yeni il buraxılışı,

2008-ci ildə Kung Fu Panda ilə hamının sevimli animasiya qəhrəmanına çevrilən Po yeni ildə də bizi tək qoymayacaq, xüsusi yeni il buraxılışi ilə gombul, şirin, tənbəl, güclü, kefqom, ən əsası da Möhtəşəm Po yenə səhnədə olacaq =) Filmin süjet xətti belədi:

Deməli, yeni il festivalı yaxınlaşır, Po bütün Kunq Fu ustadlarının iştirak edəcəyi böyük, ekskluziv, rəsmi banketə ev sahibliyini etməlidi, amma bu məclis Po-nun atası, cənab Pinq-in öz restoranında keçirəcəyi şənlik ilə eyni günə düşür. Atası Po-nun yeni ili evdə keçirməyəcəyini biləndə çox pis olur, amma çalışır ki, məyusluğunu Po-ya bildirməsin. Po, öhdəlikləri üçün atasını məyus etdiyinə görə özünü günahkar hiss edir. Görəsən Po, dostları və Kunq Fu ustadları yeni il gecəsini harda keçirəcəklər?

Filmin kiçik çarxını Azərbaycan dilinə dublyaj olunmuş formada sizə təqdim edirik, tam  olaraq yəqin ki, bu günlərdə, kinoteatrlarda və ya yerli kanalların birində yayımlanacaq.

Amma bu da son deyil..

2011-də Po yenidən bizimlə olacaq =)

Kunq Fu Panda 2,

2011,
Amerika,
Rejissoru: Jeniffer Yuh,

Po yeni Kunq Fu ustadlarının qrupuna qoşularaq Köhnə düşmənə yeni öldürücü silahla qalıb gəlmək istəyir. Filmin çarxını Azərbaycan dilində yarımbaşlıqlarla təqdim edirik.


Qeyd: Hər iki film haqda məlumatları imdb.com saytından götürmüşəm.