Mary and Max

2009,

Avstraliya istehsalı,

Janr: Animasiya, Dram, Komediya,

Film olmuş hadisəyə əsaslanır,

Meri Avstraliyada Maks da Amerikada yaşayan ayrı dünyaların adamlarıdı. Aralarındakı yaş fərqi bir ömür qədərdi, amma bu onların məktub dostu olmaqlarına mane olmur.

“Stop-motion” üsulu ilə çəkilmiş animasiya, kuklaları millimetrlik hərəkət etdirərək saniyədə 24 dəfə foto çəkilməsi ilə ərsəyə gəlir.


Əgər nə vaxtsa həyatda görmədiyiniz uzunmüddətli məktub, e-mail dostunuz olubsa və aranızdakı dostluqda inciklik, səhv başa düşmə, hədiyyə göndərmək, məsləhətləşmək, xırda məsələlər haqda dərdləşmək kimi söhbətləriniz olubsa bu filmə mütləq baxın.


P.S  Əvvəl fikirləşirdim ki, məktub dostum olsaydı maraqlı olardı, indi hər şey internetlə sürətli olduğu üçün məktuba nisbətən internet daha maraqsızdı, amma bu kinoya baxandan sonra gördüm ki vasitə istər məktub olsun istər internet dostluqdakı problemlər elə həmişə eyni olaraq qalır.

P.S.S  Dostluqdan əla münasibət yoxdu.

P.S.S.S  İstəyirəm Şokolad çörək reseptinin dadına baxım (kinoya baxandan sonra nə demək istədiyim aydın olacaq :) )

Trailer