Roman Holiday

“Roma Tətili” rejissorluğu William Wyler-ə məxsus olan 1954, ABŞ istehsalı olan romantik komediya filmdir.

Şəhzadə Anna protokol üçün Romaya gəlir, lakin Anna artıq rəsmi insanlardan və rəsmi həyat tərzindən bezib.  Artıq bu hiss onu gecələr yatmağa da qoymur. Filmdə hadisələr həkimin Annaya yatmaq üçün vurduğu iynə, sonradan Annanın saraydan qaçması, Romadakı bir fontanın qarşısında yatıb qalması və onu jurnalist Joe Bradley tərəfindən tapılması ilə başlayır.


Film tam bir romantikadır. Filmi gözəlləşdirən isə məhəbbət və Roma şəhərinin birgə vəhdətidir.
Baş rolları heyrətamiz Audrey Hepburn və əfsanəvi Gregory Peck bölüşür. Həmçinin bu film Audrey Hepburn-ə ilk OSCAR-ını qazandırıb.

Roma, romantika və Audrey Hepburn…  Filmi hələ də izləməmiş hər kəsə bu filmə baxmağı ürəkdən məsləhət görürəm =)

Trailer