Toy Story-3

2010

Amerika istehsalı,

Animasiya, macəra,

Lee Unkrich-in rejissorluğu ilə,

Bir anlıq oyuncaqlarınızın canlı olduğunu düşünün. Necə danışar,  gülər, necə qorxar, necə sevinərdilər?! Hmm. Xəyal gücünüzü çox məcbur eləməyin.”Toy Story-3″ izləmək kifayətdir.

Filmdə Endi adlı uşağın oyuncaqları və onların başına gələn macəra dolu hadisələrdən bəhs olunur. Endi artıq böyüyüb və tezliklə kollecə gedəcək. Vaxtı ilə bütün gününü birlikdə keçirdiyi oyuncaqlarına artq neçə illərdi ki, əl vurmur.

Endi kollecə getməzdən əvvəl yır-yığış edir və oyuncaqlarını çardağa qoymağı qərara alır.Amma bir səhvlik olur və Endinin daha onları istəmədiyini düşünən oyuncaqlar taleləri ilə barışıraq uşaq bağçasına getməyə qərar verirlər. Elə macəra dolu hadisələr də bundan sonra başlayır.Bağçanın digər oyuncaqları tərəfindən çox xoş qarşılanan qəhrəmanlarımızı pis sürprizlər gözləyir.

Kavboy Vudi, Buz Lightyear( yeri gəlmişkən, Bazın ispan versiyası çox xoşuma gəldi.Gözəl oynayır:D),Kavboy qız Cessi, Dinozavr Reks( ən komik obrazlardan biridir), Bart( Cənab Kartofbaş), Betti( Xanım Kartofbaş), Slinki və digər oyuncaqlar film boyu ön planda olan oyuncaqlardı.Onları da məşhur Hollivud ulduzları səsləndirib.Məsələn, Kavboy Vudi- Tom Hanks, Buzz Lightyear-Tim Allen,Cessi-Jian Cusack,Reks- Wallace Shawn, Mr.Potato Head-Don Rickles…

Filmdə mənim üçün ən komik( traji-komik deməliyəm bəlkə də) hissə bağçadakı balaca,zombi  uşaqların oyuncaqlarla oynadıqları səhnə idi.Daha doğrusu oyuncaqara əzab verdikləri səhnə. Çox təbii çəkiblər.Uşaqlar gedəndən sonra biri quyruğunu axtarır, biri gözünü, biri üzünün suyunu təmizləyir…:D

Uşaqlığım yadıma düşdü lap.Amma mən oyuncaqlara elə işgəncə vermirdim:P

Filmi izlədikcə hərdən başımı qaldırıb  Əlifba bayramımdan mənə yadigar qalmış kuklama baxırdım.Üzündəki gülüş birdən elə canlı görünürdü ki…

P.S.Filmin Azərbaycan dilində dublyajını tezliklə TV-də görə bilərsiz.

Trailer