One Flew Over the Cuckoo’s Nest

1975,

Amerika istehsalı,

Dram,

Milos Formanın rejissorluğu ilə,

Ən yaxşı filmlər sırasında 9-cu sırada, IMDB xalı 8.9/10,

Əvvəlcə blogda istəyirdim ancaq yeni çıxan filmlərdən yazım, bu film həmin fikrlərimi alt-üst etdi. Ən yaxşı kinolar haqda danışanda bunun adın çəkməmək haqsızlıq olar. Baxandan sonra evdəkilərə, dostlarıma hamıya çox məsləhət gördüyüm təsirli, keyfiyyətli, mənalı bir kino. Yaxşı ki, çoxları izləyib, əgər sən hələ də baxmamısansa bu gün ya da sabah mütləq bax. Hər səhnəsi haqda yazmaq istədiyim bir kino…


Filmdə baş rolu ən sevimli aktyorlarımdan biri olan Jack Nicholson oynayır. Filmdə McMurphy.. həyat dolu, poztiv, ağıllı və çox maraqlı bir adam.. Dəlilik edir və dəlixanaya düşmək üçün yalandan rola girib özünü dəli kimi aparır. Burdakı dəliləri bir növ sağaltmağa çalışır. Keçən gün Wringley’s Doublemint aldım, çiyələkli deyildi amma eybi yox. Tək olanda birin götürüb filmdəki kimi marçıldada-marçıldada çeynədim =) Dostum var, Sadiq, onun ən nifrət etdiyi şeydi =)


Bütün səhnələr.. televizorda beyzbol oyununa baxmaqları, gəmi səyahəti, basketbol oyunu.. hamısını danışıb sizi filmdən soyutmaq istəmirəm.. bütün səhnələr xüsusilə də final çox təsirli və maraqlıdı, elə maraqlıdır ki, adam kinonun içinə girmək istəyir.


Bir də tibb bacısı Ratched, rolunu elə gözəl oynadı ki, onu boğmaq istədim:)


Trailer