Baxılası TOP10 Bioqrafik film

Public Enemies Poster

1.Public Enemies

Public Enemies-in mövzusu Amerikanın böyük böhran illərində baş verir və FBI agenti Melvin Purvisin o dövrün ən məşhur cinayətkarları John Dillinger, Baby Face Nelson və Pretty Boy Floydu həbsxanaya salmasından bəhs edən bir filmdir. Kifayət qədər aksion səhnələri ilə bol olan filmdir.  Johnny Deppin içində olduğu  film onsuz da sıradan ola bilməz. Film gerçək bir həyatdan ilhamlanılaraq çəkilib. Bu, bir qanqsterə heyran qala biləcəyiniz bir film olacaq.

Walk the Line Poster

2.Walk the Line

Film Country musiqinin əfsanəvi adları olan Johnny Cash və June Carterin bioqrafiyasından bəhs edir. Cash, evin istənməyən uşağıdır (atasına görə) ondan böyük qardaşı olan Jack isə atasıyla arası yaxşı olan, ağıllı bir uşaqdır. Jackın ani ölümünə görə Cashı günahlandıran atası uşaqlığından başlayan müddətdə Cashın psixologiyası üzərindəki ən böyük təzyiqdir. Cash özünü bu ölümün təsirindən tam mənasıyla təmizləyə bilməmişdir heç bir zaman. Həmişə sərhədlərdə yaşamışdır, bəzən o sərhədləri aşmış, amma bəzən o sərhədləri aşmaq üçün çox cəhdlər göstərmişdir. Filmi izləyincə görəcəksiniz ki, həmişə öz içində sanki mübarizə aparır. Həqiqətən də Walk The Line izlənilməsi lazım olan filmlərdəndir. Yeri gəlmişkən filmin mahnılarını da özləri səsləndiriblər.

Shine Poster

3. Shine

Australyalı pianist David Helfgottun gerçək həyatını əks edən filmdə, Davidin uşaqlıq dövründən başlayaraq gördüyü ata təzyiqinə qarşı çarəsiz qalmasından bəhs edilir. Dəliliklə dahilik arasındakı incə xəttdə irəliləyən onun bu vəziyyətinin ağıl xəstəliyiylə əlaqələndirilib  on ilini pianodan uzaq ağıl xəstəxanasında keçirməsinə səbəb olan insanlar. Təsəvvür edin ən yaxşı çağınızda qüsurlusuz deyərək qabiliyyətinizdən 10 il uzaqlaşdırılırsınız. David, musiqiyə qarşı çox istedatlı bir uşaqdır və çox gözəl piano çalma qabiliyyətinə malikdir, amma atası onun ən kiçik səhvini belə bağışlamayacaq qədər daş ürəklidir. Bu təzyiqlərə dözə bilməyən David, evdən uzaqlaşır, ancaq illər sonra yenə atasını tapır.  Filmdə bir-birindən gözəl klassik musiqi əsərləri və gözəl bir film olan Shine`ı izləməyi məsləhət görürəm.

4. Goya’s Ghosts

1792-c il, İspaniya… Katolik Kilsəsinin ən güclü olduğu dövr… Goya (Stellan Skarsgrad), ölkənin ən məşhur rəssamıdır. Goyanın gənc və gözəl ilham pərisi Inesin (Natalie Portman) Müqəddəs Məhkəmənin arxasındakı güclü bir rahib tərəfindən, ictimai dəyərlərə zidd davranış ilə günahlandırılması böyük bir skandal yaradar. Gözəl model Ines haqsız yerə müqəddəs məhkəmə tərəfindən məhkum edilib işgəncə və təcavüzə məruz qalır. Ines həbsdən 20 il yaxın bir müddətdən sonra azad edilir. Goya, yaradıcılığının son dövrlərinə çatmışdı, amma artıq kar olur və ruhi sağlamlığı yerində deyil. Goya, Ines və Lorenzo təkrar bir yerə gəlir və illərlə saxlanılan sirrlər ortaya çıxır.

Orta əsrlər Avropasının o qaranlıq üzünü, sözdə ədalətdən danışan “müqəddəs” məhkəmələrinin mühakiməsiz edamlarla necə də haqsızlıq etdiyini və dünyada ən pis şeyin güc sahiblərinin cəhalətlə birlikdə hökm verməsindən bəhs edən çox əla bir filmdir. Filmdə Xavier Bardem, Natali Portman kimi aktyorların olduğunu düşünsək filmin necə olduğunu özünüz də təxmin edərsiniz. Ən çox Natalinin rolunu bəyəndim. Bir sözlə baxmamısınızsa baxın.

5.Mar adentro

Bu film haqqında necə təsvir yaradacağımı bilmirəm, çətinlik çəkirəm, çünki film mütləq baxılası filmlərdəndir. Sizə sadəcə filmin bir necə sitatını yazacağam və özünüz qərar verin izləmək lazımdır, ya yox..

“Bir həyata bədəl olan azadlıq azadlıq deyil, azadlığa bədəl olan həyat da həyat deyil.”

“Sənə çatmaq və toxunmaq üçün qət edə biləcəyim iki addım, mənim üçün imkansız bir səfər, bir fantaziya, bir yuxudur. Bax buna görə ölmək istəyirəm və yatağın üzərində iki əl hərəkətsizcə dayanmalıdır.”

“Yaşamaq haqqdır, zərurət deyil”.

“Əgər qaça bilmirsənsə, insanlar həmişə ətrafındadırsa, gülümsəyərək ağlamağı öyrənirsən.”

6.The Assassination of Richard Nixon

Bu film hər nə qədər sadə bir şəkildə həyatındakı uğursuzluqları dövlət başçısında görən adi bir vətəndaşın hekayəsi kimi görünsə də, əslində bir tərəfdən də müasir dünyada dürüst olaraq işini görməyə çalışan və təşəbbüskar bir ruha sahib olduğu halda, qurulmuş olan kapitalist nizama görə özünü doğrultduqda insanın necə acizliyə düşə biləcəyini tamaşaçılara çatdıran bir şah əsərdir məncə.. Filmin mövzusuna gəldikdə isə Sam Byck, bacarıqsız bir adamdır. Problemlərinin memarı ümumiyyətlə özü olsa da bütün dünyanın ona haqsızlıq etdiyini düşünür. Bütün bu müvəffəqiyyətsizliyinin səbəbəbini isə Prezident Richard Nixonda görür. Kimin haqlı, kimin haqsız olduğuna izləyəndən sonra qərar verin.

7.Temple Grandin

Temple Grandin… Televiziya kanalı üçün hazırlanmasına baxmayaraq adi filmlərdən daha təsiredici və daha mənalıdır. Bioqrafiya filmləri bəzən elə bir dillə çəkilirlər ki, insan üzərində izlər buraxır. Temple Grandin filmi qüsursuz olmasa da izləyəcək hər insanın üzərində bir iz buraxa bilər. Filmi izlərkən ”Autizm” haqqında az da olsa məlumat topladım. Çox yerdə deyildiyi kimi ”Bu bir əskiklik deyil, bir fərqlilikdir.” sözünün nə qədər doğru olduğuna şahid oldum. İnsanı nə dayandıra bilər? Dünyada elə insanların elə şeylər etdiyinə şahid oluruq ki, heyran qalmamaq mümkün deyil. Belə bioqrafiya filmləri tez-tez çəkilməlidir fikrimcə. Həm kino adına məhsuldarlıq gətirər, həm də bu mövzularda vizual məlumatlandırma və romantik sıxlıq yaddaşlarda daha canlı qalar. Filmimiz fəlsəfə olaraq bir az da ”Forrest Gump” filmini xatırladır. Eynilə Forrest Gump xarakteri kimi həyatın çətinliklərinə baxmayaraq bir şeyləri bacarmağın o qədər də çətin olmadığı izah edilir.

8.La môme

Berlin Film Festivalının açılış filmi olan “La Vie En Rose”, baş rollarında Fransız aktrisa Marion Cotillard, Sylvie Testud, Gérard Depardieu’nin oynadığı, ovsunlayıcı Edith Piaf bioqrafiyası. 140 dəqiqə ərzində ruhunuzu oxşayacaq Edith Piaf musiqiləriylə dolu bir film. Edith Piafın 1959-da New Yorkda verdiyi konsert səhnəsi ilə başlayan film, Fransız müğənni Piafın, 40 yaşlarını təsvir edir. 1915-ci ildə dünyaya gələn Piaf, atasının işlədiyi sirk sayəsində kiçikliyindən etibarən bir çox yer gəzib. O dövrlərdə, ən yaxın dostu Mômone (Sylvie Testud) ilə küçələrdə mahnı oxuyaraq pul qazanırdı. Bu vaxt restoran işlədən Leplée (Gérard Depardieu) tərəfindən kəşf edilir və qısa müddətdə, onu məşhur edəcək insanlarla tanış edir. “A Very Long Engagement”, adlı filmdən tanıdığımız Cotillard, Piafın gənclik illərindən, 47 yaşında ölümünə qədər olan müddəti çox gözəl canlandırır. Gənc yaşda tutulduğu xəstəlik və asılılıqların, hələ 40 yaşındaykən onu 70 yaşında bir qadın halına çevirdiyi, yerimə, danışma və mahnı oxuma bacarığını itirdiyi müddəti bütün çılpaqlığı ilə tamaşaçya çatdırır. Filmdə, Piafın böyük eşq yaşadığı və 1949-cu ildə bir təyyarə qəzasında həyatını itirən boks çempionu Marcel Cedanın (Jean-Pierre Martins) də əhəmiyyətli bir yeri var. Qısası bu filmi izləsəniz peşman olmayacağınıza əmin ola bilərsiniz.

9. My Left Foot: The Story of Christy Brown

Bu günlərdə hər kəsə məsləhət gördüyüm bir film. Sol Ayağım. Beyni iflic olaraq doğulan Christy Brown, xəstəliyi səbəbiylə hərəkətlərini idarə edə bilmir və əlil arabasına məhkum həyat sürür. Amma uşaqlığında sol ayağının iflicdən təsirlənmədiyinin fərqinə varması həyatını dəyişdirəcək. Christy sol ayağını özünə verilmiş bir şans olaraq görür və əzmin də köməyiylə xəstəliyinin təsirlərini məğlub etməyə çalışır. Bu işin nəticəsində isə şikəst bədəninin içində gizli olan zəka və yazma qabiliyyəti meydana çıxır. Yalnız sol ayağını istifadə edərək yazdığı romanlar və şeirlər, sonrakı illərdə Christy Brownun İrlandiya ədəbiyyatının hörmətli adları arasına girməyini təmin edəcək və əzmlə işin nəticəsində mümkünsüz bir şeyin olmadığını bütün bəşəriyyətə göstərəcək. Christy Brownun ölümündən doqquz il sonra çəkilən film, yazarın həyatından bəhs etdiyi kitab olan Sol Ayağımından filmə uyğunlaşdırmasıdır. Bəzən kədərli, bəzən əyləndirici ola bilməyi bacaran filmin, əzm və ümid hekayəsi olaraq verəcəyi böyük mesajları var.

10. Cadillac Records

Amerikan musiqi tarixini çox yaxşı izah edən və xüsusilə 50-ci illərdə Amerikadakı ağ-qara münaqişəsinə də  həqiqi bir gözlə yanaşdığına görə filmi çox bəyəndim. .Tabii ki, filmdəki musiqilər də möcüzə idi, musiqiləri dinləyərkən özünüzü sanki tarixdə səfərə çıxırmış kimi hiss edirsiniz. .Orijinal ssenari, çəkilişi baxımından bəlkə bir az yavaş görünsə də şiddətlə filmi izləməyinizi məsləhət görürəm. Bu film Blues musiqisi sevənlərin çox xoşuna gələcək. Blues musiqisinin hansı qruplarının yaranmasına səbəb olduğunu və bir çox yeniliyin qabaqcılı olduğunu bu filmdə öyrəndim. Yenə Adrian Brody faktoru var təbii ki. Çox uğurludur burada da. Əlavə olaraq da Adrian Brodynin yanında Beyonce və ağız qarmonu çalan Columbus Short da çox yaxşı idi. Beyonce ifa etdiyi iki mahnı var ki, onu dinləməyiniz çox vacibdir hətta :)