The Dark Knight Rises

2012

Rejissor: Christopher Nolan

Bu gün Dark Knight Rises-ə baxdım, məşhur aktyorlar ürəyin istəyən qədər, Christian Bale, Gary Oldman, Joseph Gordon-Levitt, Anne Hathaway, Marion Cotillard, Morgan Freeman, hətta Liam Neeson. Elə bil kino bayramı idi. Bir-bir hamısının adın çəksəm gərək bütün kastinqi sayam.

Kinonun hər dəqiqəsi milyon dollarlıq səhnələrlə dolu idi. Üstəlik Nizami kinoteatrının 18 metrlik ekranı görüntüyə əlavə möhtəşəmlik verirdi.

Büdcəsi 250 milyon dollardı, bu qədər pulun qarşılığında əlbəttə pis kino sayılmaz. Hərdən belə bahalı kinoya baxmaq, daha doğrusu şouya baxmaq adama ləzzət edir. Amma filmi 2008-də çəkilmiş Dark Nightla müqayisə etsəm zəif qalar, birinci filmdə fəndlər, səhnələr, action, ssenari daha konstruktiv və maraqlı idi və ən əsası da orda Joker var idi.

Məncə kinonu çox təhlil etməyə dəyməz, ən yaxşısı nə qədər ki, kino 1-ci zaldadı, gedib kinoteatrda baxmaqdı. Günortadan 6-ya kimi biletin qiyməti 4 manat, saat 6-dan sonra isə 7 manatdır.