The Losers

2010

Amerika istehsalı

Döyüş, Macəra, Həyəcan, Cinayət

Sylvain White-ın rejissorluğu ilə

Deməli 5 nəfərlik komanda xüsusi tapşırıq alırlar, amma komandanı verən adam bunlara xəyanət edir. Sonra Aişa adlı qızla tanış olurlar və düşmənləri Max-ı axtarmağa gedirlər.

Əvvəlcədən deməyəcəm onu tuta biləcəklər ya yox, amma Kleyin axırda əla tullanmaq səhnəsi var. Bir də razılaşmadığım səhnə Maksın yanındakı qıza etdiyi bir jest oldu..  Baxanda görəcəksiniz nə etdi, məncə filmə baxan bütün oğlanlar mənimlə razılaşacaq:)

Mənim üçün ən gülməli səhnə Aişanın Censenə silah tutduğu epizod oldu. Yəqin ki, silah kişinin “orasına” yox üzünə nişanlansa adam özünü daha rahat hiss edər:)

Filmdə iki xoşuma gələn “soundtrack” var idi. Hər iki mahnını əvvəlcədən səhnələri ilə birlikdə izləməyi təklif edirəm. Biri Kley ilə Aişa dalaşanda (http://goo.gl/zkgF) və “dostlaşanda” (http://goo.gl/LBJF) The Kills-dən Ure fever:) …biri də Censen binadan qaçanda Journeydən Don’t stop believing.. (http://goo.gl/iRx6)

Trailer