Millinet – Nominant

Dünən Kinoklik komandası üçün xoş bir gün oldu, səbəbi bloqumuzun  Millinet internet mükafatı müsabiqəsində müvafiq kateqoriya üzrə ilk 5-liyə düşməsi idi. Münsiflərin bu diqqəti yazarlarımız üçün çox sevindirici xəbər oldu, bizləri ruhlandırdı, daha fəal işləməyə qol-qanad verdi. Necə ki, bir kino bir nəfərin səyi, əziyyəti ilə başa gəlmir, eləcə də bizim bloqumuzda tək bir nəfərin əziyyəti keçməyib. Bu işdə daim bizi dəstəkləyən “Kinomansan?”, “Filmoqrafiya”, “Kinooperatorlar” facebook səhifələrinə, “Mirror.az” kino saytına, “Cineline.az” kollektiv kino bloquna, “Film Fiction” kino jurnalına  və 20-dən çox yazarımıza təşəkkür edirik. Bu hamımızın sevincidir, əziz:

Aqşin Mahmudov,

Emil Bağırov,

Fərhan Hüseynli,

Fərhad Səfərov,

Fərid Məmmədov,

Fərhad Haqverdi,

Film Lander,

İşıq Hüseyn,

Gümüş Fətullayeva,

İftixar Səfərov,

Mirislam Hüseynli,

Knyaz Yaqublu,

Mətləb Muxtarov,

Mələk Abdinova,

Nadir Muqbilov,

Orxan Məmmədov,

Şahin Xəlil,

Toğrul Abbasov,

Tural Əhmədov,

Tural Əlisoy,

Türkan Devrijova,

Ülkər Kərimbəyli,

Urfan Məmmədov,

Xosrov Əjdərov,

Zaur qurbanlı və adını çəkə bilmədiyimiz digərləri..

Komandamız adından bizi müsabiqənin nominantı seçdiklərinə görə bütün münsiflər heyətinə təşəkkürümüzü bildiririk.