Persepolis

2007
Fransa
Animasiya, Avtobioqrafiya, Dram
Rejissorları: Vincent Paronnaud, Marjane Satrapi
IMDB xalı: 8/10


Persepolis uşaqlar üçün çəkilmiş animasiya filmlərindən deyil, tamamilə fərqli, olduqca ciddi, bəzən duyğulandıran, bəzən güldürən, əsasən düşündürən, 7-dən 77-yə hər kəsin maraqla izləyə biləcəyi, içində fantastik yaratıqların, mistik hadisələrin olmadığı, sadəcə Xomeyni rəhbərliyi altında İranda 1979-cu ildə qurulan dini dikdaturanı tənqid edən, cahil olmayan, ola bilməyən insanların ağrılı günlərini, ölkədə sosial yaşamın inqilabdan sonra necə dəyişdiyini, kişilərin lehinə olan cinsi ayrıseçkiliyi, 1980-1988-ci illərdəki İran-İraq müharibəsinin sivillərin yaşamına necə təsir etdiyini və İran nümunəsində daha bir çox dini radikalizmin mövcud olduğu, vicdan, söz azadlığının, ümumiyyətlə demokratiyanın olmadığı ölkələrdəki gündəlik həyatı özünə məxsus təhkiyə ilə əks etdirən gözəl bir Fransız filmi.

Sujet xətti barədə “tr.wikipedia.org”-da ətraflı yazılıb, tərcümə və 1-2 kiçik dəyişikliklər edərək bura yazıram həmin infonu :
Tehranda ailəsiylə birlikdə yaşayan Mərcan, işlək zəkası və qorxu tanımayan ürəyi ilə Punk musiqisi, ABBA və Iron Maideni kəşf edən kiçik bir qızdır. Bir müxalif olan əmisinin tragik intiharına şahidlik edir. İran-İraq müharibəsi də onun gündəlik həyatınına təsirsiz ötüşmür. Yetkinlik çağına çatdıqda Mərcanın cürətkarlığı ailəsini narahat etməyə başlayır. 14 yaşına gəldiyində isə ailəsi çətin bir qərar verərək onu Avstriyaya xüsusi bir məktəbə oxumağa göndərir. Avstriyada müdafiəsiz və tək olduğundan bu bir baxıma onun üçün bir dözümlülük imtahanı olur. Mərcan orada oxuduğu vaxtda bir neçə dəfə eşq təcrübələrindən də keçir və liseyi bitirdikdən sonra özünü tənha hiss etməyə, vətən həsrəti çəkməyə başlayır. Beləliklə, İrana qayıdaraq ailəsinin yanında qalmaq qərarına gəlir. (Yeni İrana, yeni islamist rejimə) Uyğunlaşmada çətinliklər çəkdiyi bir dövrdən sonra sənət məktəbinə daxil olur və az keçməmiş sevdiyini düşündüyü bir gənclə evlənir (daha sonra boşanır ondan). 24 yaşına gəldiyində isə İranda artıq yaşaya, bu rejimə tab gətirə bilməyəcəyini anlayır. Kədərli, amma qəti bir qərar verərək vətənindən ayrılır və yeni ümidlərlə Fransaya gedir.


Mən dinsizəm, çox vaxtı da dinləri təhqir etmədən tənqid edirəm, amma ümumilikdə mənim düşmənçiliyim dinlərlə yox, cəhalətlədi. (Mənim düşüncəmə görə) Dinlər də cəhalət olan yerlərdə daha yaxşı inkişaf edir, sarmaşıq kimi sürətlə böyüyür, əhatə dairəsini genişləndirir, insanları mənəvi baxımdan sorub qurutmağa başlayır. Bu film də İslamı yox, sırf cəhaləti, şəriətin zəhərli sarmaşıq kimi vətəndaşların sosial və şəxsi həyatlarını necə məhv etdiyini təsvir edir. Filmdən seçib burda təsvir etdiyim bu dialoqa bir baxın :

Filmin baş qəhrəmanı Mərcan dərsə gecikdiyindən küçədə sürətlə qaçarkən arxadan onu görən polis avtobilindəki iki polisdən biri :
– Çantalı xanım, qaçmayın, çantalı xanım, qaçmayın, dayanın, qaçmayın ! (Mərcan dayanır) Xanım, niyə qaçırsınız ?
– Gecikmişəm. 5-dəqiqə sonra dərsim başlayır.
– Başa düşürəm, amma belə qaçmamalısınız. Qaçdığınız zaman arxa tərəfinizdə oynamalar olur. Necə deyim… Uyğunsuz.
– (Əsəbi halda) Onda sən də gö..mə baxma !

Zənnimcə filmi feministlər, ümumiyyətlə bütün xanımlar, xüsusilə ailəsi və ya həyatyoldaşı tərəfindən hicab, çarşaf geyinməsinə təzyiqlər edilən, B-kateqoriyalı insan rəftarına məruz qalan qadınlar daha çox bəyənəcək. Amma mən bu filmi izləməyi qadınlardan daha çox ərlərə, qardaşlara, atalara, babalara, ümümiyyətlə kişi cinsinin bütün nümayəndələrinə daha çox tövsiyə edirəm . Son sözümsə : Allaha inanın və ya inanmayın, amma çalışın dini idealizmin, dini maskulizmin, dini radikalizmin, dini fanatizmin, ümümiyyətlə dinin qurbanı olmayın. Bu qədər.