The Legend of 1900

1998 İtaliya,

Dram, Musiqili,

Giuseppe Tornatore-nin rejissorluğu ilə,

Musiqi – Ennio Morricone,

Musiqi haqqında olan filmlər içərisində ən çox bəyəndiyim film “1900 Əfsanəsi”dir. Film 1998-ci ildə çəkilməsinə baxmayaraq təəssüf ki, Azərbaycanda bir o qədər də populyar deyil. Ona görə bu filmi sizinlə bölüşməyi özümə borc bilirəm.

Mövzusu gəmidə doğulub böyüyən pionistin həyatından gedir. Nəzərə alsaq ki, film musiqi haqqındadır və musiqiləri Ennio Morricone bəstələyib deməli doğrudan da bu filmə baxmağa dəyər.

Bilmirəm bu filmin mövzusu olmuş hadisələrdən götürülüb və ya gəmidə ifa edən musiqiçilərin uydurduğu əfsanədir, amma hadisələr çox real təsvir edilib.

Bu elə filmlərdəndir ki, bir neçə dəfə baxsan da yeni nə isə kəşf edə bilərsən. Ona görə çalışın fürsət düşdükcə bir neçə dəfə filmə baxın:)

Trailer