Hachiko

2009 ABŞ istehsalı.

Lasse Hallström-ün rejissorluğu ilə

Baş rolları Richard Gere və Joan Allen bölüşürlər.Xaricdə ilk primyera 2009-cu il Avqustun 8-də baş tutmuşdur.İndiyə qədər 25 ölkədə nümayiş edilmiş və bir çox dillərə dublyaj olunmuşdur.

Kollecdə çalışan professor Parker Wilson( Richard Gere) bir gecə evə qayıdarkən stansiyada gəzişən bala it görür.Bununla da bizim hekayəmiz başlayır.

Akita cinsindən olan Hachi( Hachiko) hər gün adəti üzrə öz sahibini stansiyadan işə yola salır və hər gün eyni vaxtda onu qarşılamağa gəlir.

Lakin bir gün həmişəki vaxtda stansiya çıxışına gələn Hachiko bu dəfə Parkerin ” Haçi” çağırışını eşidə bilmir.Əslində, bir də heç vaxt eşitməyəcəkdi.

İnsanlara sədaqət dərsi keçən sadiq it sahibini yenidən görmək ümidi ilə düz 10 il hər gün eyni vaxtda, eyni yerdə gözləyir.

İtlər barədə çəkilmiş filmlərin siyahısı uzundu.Amma “Hachiko” bu siyahının ən azından ön sıralarında yer tutmağa layiq bir filmdi. Mən izləyərkən çox kövrəlmişdim:(

Onu da qeyd edim ki, filmin mövzusu gerçək həyatdan götürülüb. Gerçək Hachiko 1923-1935-ci illərdə Yaponiyada yaşamışdır.

Hazırda Yaponiyada Şibuya Qatar Stansiyası önündə Haçikonun bürünc heykəli hələ də sahibinin yolunu gözləyir…

Trailer