Mulholland Drive

MULHOLLAND DRIVE

(2001)

Dram, Sirli, Triller

Rejissor: David Lynch

Ssenari: David Lynch

Baş rollarda: Naomi Uatss, Laura Elena Harrinq, Ann Miller, Castin Terri

Ölkə : ABŞ və Fransa

Müddət: 147 dəq

Film Kann Festivalında ən yaxşı rejissor işinə görə baş mükafatı qazanıb.Bundan əlavə digər film festivallarında da mükafatlar qazanıb. Film Los-Anceles Kinotənqidçilərinin fikrinə görə 21-ci əsrin şedevridir.

FİLM HAQQINDA : Devid Linçin tərzi əsasən sürrelasitikdir. Təkcə “Adi Əhvalat” filmini çıxmaq şərtilə demək olar ki, digər filmləri fantaziya janrına yaxındır. Bu filmin üzərində bir çox kinotənqidçilərin mübahisəsi düşmüşdür. Mən film haqqında ətraflı yaza bilməyəcəm, çünki filmi mən də tam olaraq dərk etmədim. Sürrealist janrda olduğu üçün mütləq baxın… Mənə filmdəki rejissor işi ləzzət elədi. Linç tərzini müəyyənləşdirib və bu film onun ən gözəl filmidir. Aktyor oyunu da maraqlıdır, əsasən də Naomi Uatssın oyunu..