Yaşamın kıyısında


2007
Türkiyə-Almaniya
Dram
Rejissor: Fatih Akin

Fatih Akının rejissoru və ssenaristi olan bu film 2007-ci ildə Kann kinofestivalında rejissoru ” ən yaxşı ssenari ” laureatı etdi. Film üç hissədən ibarətdi. İlk hissədə hadisələr Almaniyada, ikinci hissə Almaniya-Türkiyədə, üçüncü hissə Türkiyədə cərəyan edir. Altı başlıca obraz və altı ayrı-ayrı taleləri, üç müxtəlif ailələrdə birləşdirən filmdə həm Almaniya, həm Türkiyə qanunları, mədəniyyəti, ailə bəndləri ustalıqla nümayiş olunur. Qoca yaşında qızına pul göndərən fahişəni pul qarşılığı arvad edən təqüdçü kişi, onun professor oğlu, Türkiyə anarxizm öncüllərindən olan millətçi xanım və təsadüfən tanış olduğu alman qızı. Qəbulolunmaz sevgi, həbs, ölüm, vəfa və dağılmış talelərin sağ qalmaları üçün həyat mübarizələri..

Filmdə baş rollardan birini Nurgül Yeşilçay ifa edib və bu onun ən uğurlu və cəsarətli rolu hesab olunur.

Filmin proloqunda verilən epiloqda və sonda əsas epiloqda verilən soundtrack Qaradəniz solistlərindən ən məhşuru, gənc yaşında xərçəngdən vəfat edən Kazım Koyuncunun ” Ben seni sevduyimi ” mahnısıdı. Rejissor tərzinə görə İnarittu-nun filmlərini, “ Ölüm “ trilogiyasında olan filmlərini xatırladır. Filmdəki dialoqlar, obrazlar olduqca təbii alındığından bir daha Fatihin aktyor seçimini alqışlamağa sövq edir insanı.

Film Almaniyada 2007-ci ildə ” ən yaxşı əcnəbi dildə film ” mükafatı qazanıb.

Filmə nəyə görə baxmalısız sualına tam olmasa da cavab verməyə çalışdım. Son olaraq onu qeyd edim ki, kinomanlar üçün desert sayılacaq filmlərindən biridi.

P.S. Fatih Akın bu filmi haqda: ” Filmdə olan xarakterləri Almaniya-Türkiyə haqda qısa sənədli filmimi çəkəndə tapdım. Bu insanlar realdırlar. Gördüklərimin hamının görməsini istədim. Film isə mənə bir başqa doğmadı. “

Filmin digər afişaları


Filmin türk, ingilis, alman variantındakı treylerləri