Pleasantville

1998,

ABŞ,

Dram | Komediya | Fantastik

Rejissor: Gary Ross

Rollarda: Tobey Maguire (David), Jeff Daniels (Bill Johnson), Joan Allen (Betty Parker), William H. Macy (George Parker), J.T. Walsh (Big Bob), Reese Witherspoon (Jennifer)

IMDB xalı: 7.5/10

İlk dəfə bu filmə baxanda elə də başa düşməmişdim. Çünki yarısından baxmışdım. Səhəri gün təkrar verdilər. Onda tam baxdım və anladım.
1990-cı illərdə yaşayan David 1950-ci ilin ağ-qara şousuna baxır. Çünki o ağ-qara şouda rəngli həyatında görmədiklərini görür. Ailə, hamının üzü gülür, hamı bir-birinə sevgi ilə yanaşır və s. Qısaca sadə və xoşbəxt həyat. Yola getmədiyi bacısı Jennifer ilə təsadüfən ağ-qara Pleasantville şousuna düşürlər. Bundan sonra şou dəyişilir. Hər şey rəngarən olamağa doğru gedir. Əlbəttə ətrafda hər şeyin dəyişilməsini bəyənməyənlər də var.

Ən çox bəyəndiyim yeri isə məhkəmə yeridi. Orda Pleasantville-dəkilər iki yerə ayrılıb: ‘rənglilər’ və ‘rəngsizlər’. ‘Rəngsizlər’ ‘rənglilərin’ etdikərinə qarşı çıxır

Başqa bəyəndiyim yeri isə şouda David-in anası ‘rəngini’ dəyişir. Amma ətrafındakılara bunu göstərmək istəmir. Üzünə, qollarına sürtdüyü ilə rəngini gizlədir. Çünki çəkinir. Çünki ətrafındakılar da bunu sakitcə qəbul eləmiyəcəklər.

Film biraz başqa yönə yönləndirilsə də mən bu filmə baxandan sonra özlüyümdə biraz başqa tərəfə yönləndirdim. Necə deyim bilmirəm. Yəni filmi istədiyim kimi gördüm. Maraqlı fimldi. Baxmağa dəyər :))

http://youtu.be/nGLlmVrfbWc