Sex Drive


2008,

ABŞ,

Macəra | Komediya | Romantik

Rejissor: Sean Anders

Baş rollarda:  Josh Zuckerman (Ian), Clark Duke (Lance) and Amanda Crew (Felicia)

Bu filmə türk kanallarından hansındasa baxmışdım. Kanalları çevirəndə təsadüfən gördüm və baxmağa başladım. Elə yaxşı ki baxdım da. Çoxlu güldüm :) . Filmin adı kanalda başqa cür verildi. Həm də tərcümə üstü örtülü sözlələ verilmişdi. Sonra internetdə axtardım tapdım. Rus dilində tam tərcümə. Onu da deyim ki rus dilində olan variant daha cox xoşuma gəldi. Filmdə Ian adlı oğlan iki yaxın dostu Lance və Felicia ilə ABŞ-ın bir tərəfindən digər tərəfinə tanımadığı, internetdə tanış olduğu qızla görüşməyə gedir. Özdə qardaşından xəbərsiz maşını, yəni Pontiac GTO Judge 1969 götürür. Bu səyahət macəra, romantika və ən əsası gülüşlə dolu olur :) . Film başdan sona kimi gülməli səhnələrlə doludu :)) Məni ən çox güldürən oğlanın həmişə hər şeyi düz etmək istəməsi və həmişə səhv edib pərt olmasıdı.


Rusca

http://youtu.be/FZ_j3FQW1e0

Ingiliscə

http://youtu.be/EKNkxz_PU2M