The Game

1997
ABŞ
Dram, Mistik, Triller
Rejissoru: David Fincher

İmtahanın stresini atmaq üçün dedim bir filmə baxım, rastıma çoxdandı baxmaq istədiyim “The Game ” (Oyun) çıxdı. Baxdım… Hələ də özümə bağışlaya bilmirəm ki, niyə belə gec baxmışam bu filmə?! Axı, David Fincher sevimli rejisorlarımdan biridi, necə oldu ki, bu filmini – ən sevdiyim əsəri bu oldu- izləməmişəm. Çox maraqlıdı, film haqqında böyük ehtirasla yazmaq istəyirəm, amma nə yazacağımı da bilmirəm. Bu elə filmdir ki, gərək mövzudan çox danışmayasan, bəs danışmasam oxuyucunu izləyiciyə necə çevirəcəm ?! İndi burda ona çalışacam, çox güman ki, lazımi müvəffəqiyyəti əldə edə bilməyəcəm, amma bir neçə nəfər belə posta inanıb filmə baxsa, onlar da bu missiyanın davamçılarına çevriləcək ki, bu da yazının uğuru olacaq :)

Sirli, tapmacalı, düşündürücü filmləri çox sevirəm, təsadüfi deyil ki, digər 3 postumun 3-ü də sirlərlə doludu və çox düşündürücdü, beyin yorandı. Bu film isə sirrli olsa da tamamilə fərqlidi, beyin yoran deyil, çox əyləncəlidi, müəmmalı olan hər şey elə filmin özündə açıqlanır, yəni film bitdikdən sonra oturub iki saat “hə indi bu, nə demək istəyirdi?”, “ bu necə oldu?” və s. kimi suallar vermək məcburiyyətində qalamayacaqsınız, lakin bunun əvəzində özünüzə tamamilə fərqli suallar verəcəksiniz və onlar cavab tələb etməyən, “?!”-lı bədii suallar olacaq. Nəysə, danışdıqca…

Mövzusundan bəhs edim bir azca (!), olduqca dinamik, bol hadisəli, həyəcan dolu, qısası rəngarəng süjet xətti var, mənsə rəngarəngliyi qorumaq üçün süjeti “bir rəng”də yazmağa çalışacam. Birinci onu deyim ki, indiyə qədər heç bir filmin mövzusu mənə bu qədər maraqlı gəlməmişdi, yəni filmi mənim üçün belə dəyərli edən saədəcə mövzusu oldu. Baş qəhrəmanımız Nikolas Van Ortan (Michael Douglas) olduqca varlı bir maliyyəçidir, çox durğun bir həyat yaşayır(dı). Ad günündə qardaşından aldığı qəribə hədiyyə həyatını tamamilə dəyişir. “Evi, avtomobili daxil olmaqla bütün əmlakını və bank hesabındakı 600 milyon dollarını itirir, dəfələrlə sui-qəsdə məruz qalır və sonda …”

Hə indi ay oxuyucu, yazını bəyənmədinsə neyniyim ?! Bütün Kinoklik yazarları kimi yazını haqqında bəhs etdiyi filmi izləməyə maraq yaratmaq üçün yazıram, amma bu filmdə hər şey tamamilə fərqlidi, postumu bəyəndirə biləcək şeylər yaza bilərdim, amma onda filmi bəyənməyəkdiniz, yəni çox mürəkkəb vəziyyətdi, ən yaxşısı az danışmaqdı, icazə verək film özü danışsın :) Filmə baxsanız əgər özünüz də başa düşəcəksəniz ki, bu film haqqında nəsə yazmaq olduqca çətindi. Çox güman ki, yox əminəm ki, “The Game” (Oyun)-a baxdıqdan sonra dostlarınıza filmi izləməyi tövsiyə edəcəksiniz, amma necə :) ?! Nə deyəcəksiniz onlara ?! Məncə, yuxarıda da qeyd etdiyim kimi, nə qədər az danışsanız (danışsam) o qədər daha çox filmin müəmmalılığın saxlayarsınız(saxlayaram). Ehh, ən maraqsız postum oldu, amma (məni tanımasanız da) səmimi qəlbdən mənə inanmağınızı səmimi qəlbdən sizə təklif edirəm. Son olaraq isə postumu oxuyanlara deyil, mənə inanıb filmi izləyənlənlərə səmimi qəlbdən təşəkkür edirəm :)

PS : imtahanın stresini atmaq istəyirdim, atdım da, amma filmin “stresi”ni necə atacam onu bilmirəm :)
PS: PS: filmi həzm edə bilənlərə eşq və nuş olsun :)

http://youtu.be/hmAlcioexRQ