Videodrome

1983
Amerik
Elmi-fantastik, Sirrli
Rejissor: David Cronenberg

Günümüzün seriallarındakı öpüşmə və sevişmə səhnələrinin xalqın əxlaqına təsirlərdən danışan (dayaz) müzakirələri hamınız eşitmisiniz yəqin… Biz 2010-cu ildə hələ də bu mübahisələrdən nəsə gözləyərkən 1983-cü ildə mahir rejissor Deyvid Kronenberq tərəfindən çəkilmiş “Videodrome” media(kütləvi informasiya vasitələri) və fərd arasındakı bu əlaqəyə çoxdan son nöqtəni qoymuşdu.

“Videodrome” fərdin var olmasından etibarən içində olan cinsi və zorakılıq meyllərinin, media təlqini ilə üzə çıxmasından danışır. Hər bir fərdin başqa bir fərdi öldürməkdən, sevişərkən əzab çəkməkdən və əzab verməkdən zövq alan bir tərəfi var, amma bunu istəklərini ortaya çıxmayacaq formada gizlədir.

Beləcə “Videodrome” bəşər övladının bu tərəfini tapır və onu sərbəst buraxır. Filmin baş qəhrəmanı Maks Ren (Ceyms Vuds) bir televiziya kanalının sahibidir və reytinqləri artıqmaq üçün yeni proqram formatı axtarır. Və bir gün qarışan bir siqnal ilə Videodrom-u tapır.

Videodrom içində işkəncə, zorlama və cinayət görüntüləri olan bir verilişdir. Bu proqramı izləyən Maks vaxt keçdikcə dəyişməyə başlayır. Məsələn Debra Herinin can verdiyi ruhunu Videodromdan əvvəl də sərbəst buraxmış olan Niki Brend ilə sevişməsində indi yalnız həssas bir həzz ilə deyil, eyni zamanda əzab hissini də arzulamağa başlayır. Və yavaş-yavaş ancaq öldürmək, əzab çəkmək və əzab verməkdən zövq alan insan vəziyyətinə düşür.  Amma əsl həzzə çatmaq üçün lazım olan son şey isə içində olduğu bədəndən ayrılmaqdır və bunu etməyin tək yolu öz həyatına son verməsidir.

“Videodrom” bizə vəhşi hissləri pərdələnmiş olan fərdin medianın gücü ilə necə bir insana çevriləbiləcəyini göstərir.

Brayn Oblivionun bu sözləri bu günümüzü əks etdirir və Deyvid Kronenberqin dühasını bizə göstərir: “Bir gün gələcək (mediada) heç bir insan öz adından istifadə etməyəcək, hər kəsin bir niki (ləqəbi) olacaq.”

Eynilə internet dünyasında istifadə elədiyimiz adlar kimi.

Videodrom qarabasmalar sayəsində insan beynini kontrol edən və ona baxmağın yemək yemək, su içmək, tualetə getmək kimi məcburi bir ehtiyac halına gəlməsini təmin etmək üçün insan beyninə yerləşən bir urdur.
Videodrom mediadır. Və hər zaman bizi azad etməlidir.

Mənbə: İnsansanat
Tərcümə etdi: Fərhad Haqverdi

http://youtu.be/SXskQTAwNI4