Source Code

2011,
Abş,
Sirrli, Elmi-fantastik, triller,
Rejissor: Duncan Jones,
IMDB xalı: 7.8/10

Biz yaşayırıq. Bəs yaşam nədi? Biz düşünürüksə demək mövcuduq. Bu fikri Dekart əsrlər öncə demişdi. İndi bu mülahizə işləmir. Artıq gördüyün hər şey – ətraf mühit, tanıdıqların, sevdiklərin və hətta sənin özün visual bir fars ola bilər. Bu acı həqiqəti anlamaq üçün bu kinoya baxmaq kifayətdir.

Zamanın axarını dəyişmək mümkün deyil deyənlər haqlıdırlar. Amma bir şeyi nəzərə alaq ki, onlar hələ Source Code filmini izləməyiblər.

İnsan qəlbi çox həssas və müqəddəsdir. O hətta mövcud olmayan reallıqda özünü varmış kimi hesab edir. Dostlarını xilas etməyə çalışır bütün könlü ilə buna can atır, Şüurunda onların yalnız mistifikasiya olduğunu bilə-bilə.

Heç həyatınızın keçmiş səhvlərini düzəltmək üçün keçmişə səyahət etmək istərdiniz? Bu əlbəttə mümkün deyil. Amma ən azından mümkün olan reallıqda və ya paralel həyatda siz yalnız elə bu haqda fikirləşdiyiniz an keçmişiniz dəyişir. Çünki fikir materiyadır. Materiya isə düşündüyü materiyanı cəzb edir. Fizikanın dəyişməz qanunu.

Film əsasən avto qəzada məhv olan yüzlərlə insanın ölümündən 24 saat sonra partlamış qatarın daxilinə 24 saat əvvəl daxil olan və zamanda səyahət edən bir gənc zabitdən gedir. Lakin həmin zabit özü haqqında inanılmaz həqiqətin bu partlayışdan da çox dəhşətli olduğunu öyrənməlidir..