Neçə gündü FB-da bu filmin güclü reklamı gedirdi =) Xüsusilə, filmin saundtrek-ləri “My Woman”, “Get Misunderstood” çox sevildi. “Hamı bu filmdən danışır” dedilər, mən də baxıb danışmaq istədim. Amma bu film danışılası yox, izləniləsi filmdir. Hadisələrin elə güclü inkişaf xətti, kuliminasiya filan yoxdur. Sadəcə başlayır və bitir. Həm də heç gözləmədiyiniz anda =) Yenə də çalışacam, ucundan-qulağından nə isə danışım :)
Bu elə bir filmdi ki, hamıya yaşadıqlarını xatırladacaq. Hamı bir anlıq özünü “loser” kimi hiss edəcək. Bir qəzet filmə aid yazını bu başlıqda verib :” Hayatın kıyısında Yaşayanların Öyküsü”
Filmin özünənməxsus, maraqlı üslubu var. Komediya ilə dramın gözəl ahəngini yaradıblar. Amma mənim üçün film daha çox dram idi, nəinki komediya. Tamaşaçı çox sıxılmasın deyə filmə yumorlar da qatıblar, elə bil. Alınıb da =)
Filmdə baş rolları Nejat İşler (Kaan), Yigit Özsener( Mete) və Ahu Türkpençe (Zeynep) bölüşürlər.
Kaan 38 yaşında fotoqraf, naşirı, intellektual insandı. Prinsiplerinə çox bağlıdıvə ac qalsa belə dediyindən dönən deyil. Sakitdir, amma əsəbiləşəndə gözü heç nəyi görmür. Motosikleti onun sevgilisi kimidir. İçkiyə, gecə həyatına bağlı insandı.
Mete, Kaandan 4-5 yaş cavandır. Sakit təbiətlidir, amma içkidən asılı olaraq dəyişə bilir. İngilis musiqisi ilə maraqlanan və vallar da daxil olmaqla bir çox kolleksiyaları var. Buna qadınlar da daxildir. Tək yatmaqdan nifrət edən, həyatında həmişə bir qadın olmasını istəyən bir tipdir. Birlikdə olduğu qadınların adını həmişə yaddan çıxarır. O qədər adı yadda saxlamaq olar?! :P Buna görə həmişə verdiyi “Senin adın neydi?” sualına bir səhnədə qəşşəng cavab alır :D
Kaanla Mete birlikdə radioda işləyirlər. (İşləmək deyəndə, buna görə heç pul da almırlar. Çünki buna bir vəzifə, məcburiyyət kimi baxmırlar. Sadəcə hər gün eyni saatda efirə çıxıb səmimi söhbət edirlər. İçlərindən gəldiyi kimi) Onlar tənhalıqları ilə “məzələnən”, hər gün sistemə qarşı “dirəşən” iki dostdu. Pula görə məcbur qalıb bir iş görmək istəmirlər. Radio proqramları gecələr olur və adı da filmlə eynidir “Kaybedenler Kulübü”. Onlar hər gecə ağıllarına nə gəldi danışırlar. Heç bir qayda, senzura maraqlandırmır onları. Məsələn, gecə efirə zəng edən qadınlara ilk sözləri bu olur.”İyi geceler. Sizinle yatmışmıydık? Neden yatmadık ki?! Yatalım o zaman. Sonuçta her gece hepimiz yatıyoruz. O zaman neden ayrı-ayrı yatalım. Hepimiz beraber yatalım.” Çox maraqlı dialoqları var bu iki nəfərin. İki şizofren danışır elə bil =)) Ən çox güldüyüm səhnə radioda anqut şeirini deyib “halay çektikleri” səhnə oldu=) Bu proqrama görə radioya çoxlu şikayət məktubları gəlir. Amma reytinq cədvəlində də ön sıralar onlarındı. Çünki insanlar səmimiyyət görür onlarda. Ən əsası da budur. Tamaşaçı bir işdə səmimiyyət hiss etdisə ona laqeyd qalmayacaq.
Maraqlı personajlar var filmdə. Xüsusilə də ikisi. Biri, Kaanla eyni evdə yaşayan,bütün gününü kreslosunda keçirən, saatlarla Tv-də eyni şeyi təkrarən izləyən, pizzanın üstünə mayonez çəkib yeyən ixtisasca tərcüməçi (lətifəsi məndən uzaq :D) Murat (Riza Kocaoğlu- “Av Mevsimi”nə baxanlar də Asit Ömer rolunda görüb onu) . O biri də Kaanın biraz qeyri-aydın danışan iş yoldaşı. Deyəsən, buna görə dediklərini altyazı ilə verirlər. Altyazı da demək olmaz, kənardan çıxır yazılar :P South Parkdakı Kenny-ni yadıma saldı bu personaj :D Bir səhnədə “…dirin gidin lan” deyir, kənarda görünən yazıda isə belə parafraz olunur ” Lütfen gidin, efendim.” :D
Filmdə Kaanın yaşayış tərzi “Issız Adamı”, işıq effektləri, filmin çəkildiyi məkanlar və “loser” mövzusu isə “Fight Club”ı xatırladacaq sizə .Filmdə kitab oxuma vərdişi haqda gözəl mesajlar var. Sahildəki skamyada oxunan kitablar, ana ilə aparılan kitab müzakirələri, asosial bir adamın üstündən qalxmadığı kreslosunda sevgilisi ilə kitab oxuması kimi… Ümumiyyətlə, film aktyorları, musiqiləri və dialoqları ilə arxivlik bir filmdir.
Onu da qeyd edim ki, filmin erotik səhnələri çox zövqlə çəkilib.
_ Nasılsın?
_ Standart. İyidir işte.
_Allah standartdan ayırmasın.
*****
“Ölümün olduğu yerde daha ciddi ne ola bilir?”
“İçelim.”
“Şişe, güzel bir zenci kadına benziyor… içi vakitsiz öldürülmüş bir ejderhanın köpüren kanı dolu.”
“Rutinleşen her şey bir yerden sonra sıkıcı hale gelir. bu yüzden komşunun çimleri her zaman daha yeşil gözükür.”
“Hiç aradığın şeyi bulduğunda, bulduğun şeyin aradığın şey olup olmadığına dönüp baktın mı ?”
“İnsanın yer yüzünde kendisine en uzak olduğu nokta, kendi sırtıdır aslında.”
“Kaybedenlik bir durum, seçim. yalnızca oturmak ve seyretmek, beklemeyi bilmek. bunun içinde heidegger de var, camus de, sartre da, nietzsche de… bir nevi eylemsizlik, tamamıyla bir bakış açısı; bir şeyi kaybetmekten değil. dinginlik hali, sakinleşmeyle örtüştüğünü söylemek mümkün. vazgeçişin tersi çünkü bir kaybeden intihar etmez, ulaşacağı, değer verdiği bir şey yoktur. değerli olan her şey değer verdiğimiz kadar var. bir bilgelik arayışı…”
” Kadınlar, seni sen yapan özelliklerine aşık olurlar, sonra da o özellikleri senden almaya çalışırlar.”
– geçen cumaya gittim.
+ ne zaman?
– salı. ben hep salıları giderim, daha sakin olur.
“İnanmak istediğim herşeye inandım bugüne kadar kaan. sonunda öleceğimi, sonunda kanayacağımı bildiğim halde. istediğim her şeye inandım. birşeyleri elde etmeye çok yakın hissettiğimde de kaybettim.”
İşə gecikən Zeynepe müdiri: ” Nerde kaldın, kızım ya?”
Zeynep: “Kusura bakmayın. Aşık oldum. geceleri uyuyamıyorum.”
Bir də tamamilə razılaşdığım bir cümlə var idi, təqribən belə : “Eğer birşeyleri elde etdikden sonra kendinize ” Eee? Şimdi nolucak?” diye soruyorsanız demek ki, siz kaybedensiniz.”
Film çox yenidir. Primyerası martın 25-i olub. Odur ki, filmə ilk baxanlardan biri olun və ətrafdakılar kinodan sitatlar gətirib zarafatlar edəndə mövzuya “fransız qalmayın” deyirəm =)
Filmə onlayn baxdım. Bizim kinoteatrlarda verməyəcəklər onsuz da. Bizim pirat diskləri alınca… yorulmağınızı istəmədim və linki paylaşıram sizinlə. Nuş olsun=)
Şəkilləri isə filmin rəsmi internet səhifəsindən götürmüşəm.
Kişisel not: Ucundan-qulağından yazacam dedim, burdakı ən geniş yazım oldu ki =)
Kişisel kişisel not: Yazının əvvəlindəki erotik səhnələrə klikləyərkən üzünüzdə yaranmış “oyuncağı əlindən alınan uşaq” mimikasını görmək üçün nələr verməzdim nələr :D
Mənə elə gəldi ki, filmi Fərdi Hüseyn çəkib :)) Onun bloqunu təzə tapanda hər axşam Urfana bir postunu oxuyub deyib gülürdük. O da luzer şeylərdən, həyatdan səmimi yazırdı. İndi də Bulistan Group-un videolarını hazırlayır. Elə o videolar da bir növ bu filmi xatırladır. “Filan şeyi qınayıram” söhbəti var hər ikisində.. Kinoda isə Snatch, Fight Club, Scott Pillgrim kimi luzer şeylərdən danışılır. Kreslo adam fikirləşəndəki sürətli görüntülər Snatch filmində də var, məncə ideyanı ordan götürüblər. Orda Benicio Del Toro idi :)) Scott Pilgrimm-dəki kimi də ekrana yazılar gəlir, Mızmızın danışıqları maraqlı idi :))
Kreslo adamın pitsanın üstünə mayonez yaxıb yeməyi bizdəki paxlavanın üstünə tomat yaxıb yeyənləri xatırlatdı :D
Taksinin pulunu verməmək ləzzət elədi, bilmirəm kinoya görədi yoxsa yox, amma taksi pulu vermək, nə bilim zırt-pırt şeylər, xırdaçılıqlar adama ləzzət etmir. Bu kinoda xırdaçı şeylər yox idi..
Türklər belə getsə yaxşıdılar.. İntim səhnələrin yeri var idi, ötəri olanlar yox, sevgililər arasında olan qəşəng idi. İntim səhnələrə bir AOMMM getmək olar :D Qısacası AAAuuuu… :D kinoya baxanlar başa düşər.
Sonra hər yerdən bir luzer çıxıb kluba qoşulması Fight clubu xatırlatdı..
Final isə həddən artıq ideal idi.. Yəni luzerlik muzerlik bir yere kadar, arkadaş. Düzenli hayat da gerek. Yəni something in between :) Qeyri-səlist məntiq kimi.. Məncə kinoya baxın, mahnılar, görüntülər super idi..
İyi geceler.. tabii eyer mümkünse :D
Paxlavaya tomat çəkənlər! Lool!:D
Maraqlı yazmısan.Allah standartdan ayırmasın :D
Seninkini de :D
Önsöz: Deyəsən “geç geldim”, FB-də xəbərdarlıq elədin =)
Son zamanlar yeganə film idi ki, 2-ci dəfə baxdım. Bu dəfə daha doğrusu filmə qulaq asdım, raio proqrama qulaq asımırş kimi və eyni ləzzəti yenə aldım.
Filmdəki qəhrəmanlar mənim əsla olmayacağım adamlardır. Amma yenə də xoşuma gəldi özlərini ifadə formaları. Üstəlik filmin 43-cü dəqiqəsindəki “sabah kahvaltısı” söhbətindən sonra sanki mən də xəyali bir siqaret yandırdım =)
Kinoda ən xoşuma gələn məqamlar: Radioya olan hədə zəngləri klassik film sujet xəttinə uyğun olaraq başağrısı yaratmadı. Və Kaan sevgilisindən ayrılanda “dərdini” təkbaşına çəkir, tamaşaçının hisslərini sui-istismar eləmir.
Xoşuma gələn dialoqlar qismində: Kaan sevgilisindən ayrılanda son dialoqlarında Kaan`ın “nöqtə qoyma tərzi” =)
Bulistan məsələsində isə məncə film həmin qrupun “fikir babası”dır.
və Son olaraq “Çalmamak üzere bir şarkı istiyorum: My woman” ))
[Haşiyə] “Kim bu Erol Egemen yaaaa?!” =))
xaxaxax :D Super Sadiq? Mən elə bilirəm mənə çatmadı e təkcə :D sən ikinci dəfə baxmısan, doğrudan Erol Egemen diye birisi yoxdu, hə? :D
Qaqaş əgər getmə desəydi özü olmayacaqdı axı, fəlsəfəsinə zidd olardı, kinoya zidd olardı..
Mən də ikinci dəfə baxmağı düşünürəm.. Telefondakı təhdid səhnəsində gözümün qabağına bir anlıq Azərbaycan reallığı gəldi :)) Standart başağrısı :)
Yox yoxdu, ən azından belə düşünməyə filmin bir yerində əsasımız yaranır: 22-ci dəqiqədə Erol Egemenin yeni kitabını müzakirə edəndə Hedr deyir ki, “Erol egemenin bu olayına hastayım, sadelik” və həmin səhnədə Kaanla Mete bir-birlərinə baxıb ikibaşlı deyir – “Dimi” =)
Yəni əslində o yoxdu =)
erol egemen deye bir sexs olub,,, youtubede ‘kaybedenler kulubu 1990 erol egemen kayit 2’ yazib axtarsaz tapacaqsiz,,,
bir de ki,
Ferdinin Bulistan Group’la hazirladigi videolara baxmisam,,, cox gozeldi blogunu oldugunu bilmirdim sadece.. onun blogunu yazin zehmet deyilse,kaybedenler kulubu de ki, 10gundu baxmisam, her gunde o filmin gercek kayitlarini dinliyirem,, onlarin tesirinin altina dusurem yavas yavas. 1990ci illerde geden ‘Erol Egemen’ sendromu, yalniz Brit, filmdeki sohbetlerin 90%i ordandi… youtube de kaybedenler kulubu 1990 yazib butun kayitlarini dinliyirem…
Sadiq, Erol Egemen əslində, filmin yaradıcı heyətindən biridir. Dizaynerdi =))
Kaanın qıza verdiyi cavab isə bütün oğlanların ürəyincə olar elə =) Məncə də yaxşı dedi.
Sadiq, üstdə sual səhv gedib :D Erol Egemeni mən də indi Gümüşdən öyrəndim :D Kadroda var imiş :D
Filmin personajları arasında yoxdur axı. Yada mən diqqət eləməmişəm?
Personajlar arasında yoxdur. Sadəcə adı çəkilir. Erol Egemen. Tamaşaçı elə bilir, (məsələn barda işıqlar sönəndə) hər an hücum edə bilər bizimkilərə=)
Mənim əslində onun olmamağı xoşuma gəldi, mən film boyu hardansa çıxacaqmış kimi baxmadım, sadəcə camaatın fikrini qarışdırmaq üçün uydurduqları bir personaj kimi düşündüm =)
və əslində kim olduğu “umrumda belə değildi”. Sadəcə onlar kimi məndə soruşmaq istədim. Ümid edirəm buna görə məni “qınamaz” kinoklikçilər =)
Niyə qınasın ki kimsə =) Fikrini bölüşdüyünə görə təşəkkür.Mən Erol Egemeni bir yerdə oxumuşdum paylaşmaq istədim.
P.S. “Bir anlık seninle iletişim problemimiz var gibi geldi;) “
ok Gümüş “Orhan Veli ne demiş?”… =)
“Bilmem. Bununla ilgili de vardır söylediyi bir söz” =)
Ya Orhan Mammadov diyil miydi o? :D Şu kinoklikde yazan :D
“Adın neydi senin” =)))
Buna cavabı Orxan abimiz versin :D
xaxaxa :D Orhan.. Seninki? :D xaxaxa
“çok anglo-sakson bir isim, nottingham-ın içindenmisiniz?” =))
və bu böle sürer gider. Vaxt edib realda bir görüşüb dərtləşmək lazımdı =)
Buluşuruz, baba :D Bi köfte yeriz, dimi? Üstüne de “Piliç” anlarsın ya? :D
“sen ne diyorsun ya, ben geçen gün ölüyorum sandım yalnızlıktan…” =)
hə gedərik piliç yeməyə =)
Abi, “nerdeyse yalnızlıkdan kusacam” :D
Qızın qəşəng adı var (treylerdəki) :D
xaxaxa :D Renat, kinoya baxmamısansa mütləq bax :))
baxmağa hazırlaşıram artıq. Kinoklikdə təriflənən hər filmə baxıram. :)
Super, təşəkkürlər :))) Paylaşdığımız filmlərə baxıb fikir bildirən oxucuları sevirik :D
Həəə :D
P.S. Linkə klikləyən olmayıb deyəsən. Olubsa da heç kim özünü o yerə qoymur :D
Kişisel kişisel not: Erotik janra klikləyərkən üzünüzdə yaranmış “oyuncağı əlindən alınan uşaq” mimikasını görmək üçün nələr verməzdim nələr :D
bu hara aid idi? :)))
Üstdəki erotik janra kliklə, super görüntülər var :D xaxa
2011
Türkiyə
Komediya, dram, erotik, romantik – EROTİK JANRA KLİKLƏ VƏ BAX :D
İMDB xalı-7.9/10
Rejissor- Tolga Örnek
həəə, ona heç fikir verməmişdim. çox erotik video idi. :))))
2011
Türkiyə
Komediya, dram, erotik, romantik
bura :D çox pərt oldum :D
P.S. ama onu görmədiyinizə inanmağım gəlmir
adətən yazıları o hissədən aşağı oxumağa başlayıram, hətta rəsmi saytda və kinonun online olduğu saytda CTRL+F edib erotik sözü axtarırdım ki nədir görəsən :D
LOL :D Mən bəlkə düzəliş etdim həmin cümlədə ki, aydın olsun hamı klikləsin :D
Düzəliş ver e, camaatı tələyə sala bilmədik :))
Elə bu gün səhər baxdım filmə. Fikrim maraqlıdır. Yanıxlar üçün kışkırtıcı səhnələr var :)) İçki və aşırı sevişmələri çıxsaq maraqlı işlə məşğuldular. :) Kitaba və köhnə musiqilərə sevgiləri lap xoşuma gəldi. Ən çox istədiyim köhnə musiqilərin mete kimi kolleksiyasın yığmaqdır. yəqin nə vaxtsa qismət olar. Bir sözlə bu film baxılmağa dəyər. Əlinə sağlıq Gümüş. Amma başlamışdan qabaq gərək xəbərdarlıq edərdin. Bu filmə baxmamısızsa oxumayın. Yoxsa film həyəcanı qaçar. :)
P.S. Filmə onlayn baxmaq üçün məndə bir link verim http://www.movshare.net/video/b0h24p90oyus0
Təşəkkür, Tural. Amma Orxan oxudu və əksinə həyəcan yarandı :D
Zövqlər müxtəlifdir. ola bilər Orxan bəyənməsin. :)
Yeri gəlmiş Ahunun bu ifasın gözləirdim. Amma aktrisadı deyib keçirəm. Və filmdə söyüşlərin olması, ümumiyyətlə Türkləri son illər söyüşə maraqları artması lap pisdi. Özlərin sanki amerikalıra bənzədirlər. bunu heç bəyənmədim.
Məncə hər filmə o filmin stilindən baxmaq lazımdır. Dram havasında olanda komediyaya yox, komediya havasında olanda drama baxmaq yox.. Yəni işin tümünü kaçırmamak gerek.. Yəni kino nə demək istədi? Mesaj nə idi? Bütün kinolar təblğat xarakterli olmur ki.. Bu kinonun işi reallığı olduğu kimi əks etdirmək idi.. Mən bəyəndim.. Orda olan hər şeyi yox. Kinonun özünü :))
Gümüş yazıda heç nəyin üstünə açmayıb ki, hələ çox şeyi yazmayıb. Mən Gümüşün və Sadiqin postlarını oxuyandan sonra kinoya baxmağa həvəsləndin :))))
Uşaqlar eyni filmə baxdığımıza əminik? Mən axı orda yanıxları “tatmin edecek” birşey görmədim.
Məncə filmdə erotika nə qədər varmış kimi görünsə də əslində o qədər də yox idi. Onlar mənim gözümdə estetik görünən baxımlı səhnələr idi. Bəlkə də problem məndədi, o ayrı. =))
Ya dostum, o sahneleri neden sevmeyesin ki? :D Ben sevdim mesela, ama fb-da öz hesabımla share edib hamıya demirəm, “zor erotik kinodu” baxın. Eləcə də sən təbliş etmirsən hamının içində :D Yəni commentlərdə də fikrimizi sərbəst deməyəcəyiksə onda ta nə oldu? :D Bura kinonun müzakirəsi sərbəst gedəcək birinci məkandı.. Əzizim Tural öz rakursundan yanaşır, Gümüş, sən və mənim baxışlarımız eynidi hardasa.. Yəni kafaya takılacak şey deyil. Böyle işte :D
Yoxe mənim dərdim “adalet”dir. “Adalet istiyorum”.. itəyirəm məndə tatmin olam da, yoxsa takacak birşey olmadığının bilirəm )
Sadiq, Başqa filmdən eşitdiyim digər sitat var idi: “Olmuyo ama böyle, başkalarına gelince şapır-şupur, bize gelince yok mu lah?” :D
“ya ver mesajı ya… içinde sevgi olsun, kardeşlik olsun, öyle bir mesaj işte” =))
Kaan Marks-kitap okuyun biraz. =))))
Baxdım, sonluğu bir az solğun idi. :) Ümumilikdə maraqlı idi. Yaxşı “aforizm”lər işlənib kinoda. :D P.S. 1. şəkildəki kadrı gördüyümü xatırlamıram. =)
Kinoya baxmamışdan əvvəl filmin saytından götürmüşdük, maraqlı gəlmişdi, amma indi mən də xatırlamıram :)
Mən də xatırlamıram. Deməli, kadr arxasıdır bu :D
Men bu filmde oz heyatimi yashayiram..
Sizinle YAtmismiydik?…………
Anqut kuşuyla ola bilir :D
..birşeyleri elde etmeye çok yakın hissettiğimde de kaybettim..
sondaki dialoqu maalesef yaxsi bilirem ve oglanin qiza get ya qal demsini hetecanla gozledim ve eyni cavab..daha dogrusu cavabsizliq..Film de ela idi, postu da maraqli yamisan :) bu arada bu ne yaa popstu tuzaklarla doldurmusan ayip kardeshim :D
Məncə qıza getmə desəydi filmin fəlsəfəsi çökərdi :)
Uraaa! Nəhayət, tələyə düşənlərdən biri boynuna aldı :D